Azərbaycan İdeyası

Zəfər zirvəsinin fatehi İlham Muradov

Tarix:26-12-2022, 10:59
Baxış Sayı:87

Zəfər zirvəsinin fatehi İlham Muradov
Doqquz iqlimli təbiət qurşağına malik gözəl vətənimiz Azərbaycan dünyanın ən gözəl diyarlarından olsa da, ölkəmizin Qaradağ rayonunun Ələt qəsəbəsi nisbətən az yağıntı görməsi səbəbindən tarixən əkinçilik üçün elə də məhsuldar məkan sayılmayıb. Doğrudur, bir iqtisadi zona kimi ərazidə sənaye və loqistika inkişaf etsə də, bu elin ən başlıca sərvəti onun bir insan materialı kimi zəngin olan şəxsiyyətləridir.
Ələtin qəhrəman, igid oğulları istər I Qarabağ müharibəsində, istərsə də II Qarabağ savaşında həm ön cəbhədə, həm də arxa cəbəhədə birləşərək, düşmənə qarşı əzm nümayiş etdirmişlər. Şanlı qələbəmizlə nəticələnən Vətən müharibəsində Əhmədov Cavanşir Xeyrulla oğlu, İbrahimov Elnur Dönməz, Abdullayev Balazadə Rafət oğlu şəhidlik zirvəsinə öz adlarını yazdırmağa nail olmuş, ölümlərindən sonra medallarla təltif edilmişlər Daha neçə igidlər isə müharibədə layiqincə iştirak etmiş, qalib olaraq geri dönmüşlər.
Zəfər zirvəsini fəth etmiş Ələt igidlərindən Muradov İlham Nadir oğlu 1984-cü il yanvarın 21-də Qaradağ rayonunun Ələt qəsəbəsində anadan olub. Ailəlidir, iki övladı var.
Hərbçi kimi xidməti fəaliyyətinə Tovuz rayonunda tağım komandirinin müavini olaraq başlayıb. 2012-ci ilin sentyabr ayının 29-dan ön xətt bölmələrindən birində xidmətə keçib. Vətən müharibəsinin başlanmasından iki ay öncə - 2020-ci ilin iyun ayının 11-də könüllü olaraq Qusarda yerləşən “N” saylı hərbi hissədən Lələtəpəyə təyinata almışdır. İki ay təlimlərdən sonra 2020-ci il sentyabrın 27-də Abdulrəhmanlıda döyüşlərə qatılıb və ta Zəfər Gününə kimi müharibədə iştirak edib. Döyüşlər zamanı uzaq məsafədən ağır yüklər daşıdığına görə onurğası, fəqərələri qabaq tərəfdən əyilib. Həmçinin, döyüşlər zamanı güclü sətəlcəm olaraq mərkəzi baş klinik hospitalda müalicə alıb. Bununla belə, hal-hazırda Füzuli rayonunun Yuxarı Veysəlli kəndində minaatan batareyanın baş giziri kimi xidmətini davam etdirir.
“Artıq 11 ildir Vətənimə xidmət edirəm və bununla fəxr edirəm” deyən İlham Muradov Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2362 saylı sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə, həmin tarixli 2364 saylı sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Daha əvvəl, 26 iyun 2021-ci il tarixdə isə Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə nazirinin əmri ilə (10 il) “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunmuşdur.
Əlbəttə, İlham Muradovun odlu-alovlu Vətən müharibəsində göstərdiyi şücaət əlahiddə söhbət mövzusudur və bütün digər döyüş yoldaşları kimi onun da döyüş epizodları barədə xatirələri vardır. Lakin İlham Muradov həm təvazökarlığı səbəbindən, həm də dinc sakinləri, qadınları, uşaqları narahat etməsin deyə dəhşətli səhnələri kütləvi çıxışlarda sözlə təsvir etmək istəmir. Hesab edir ki, sivil vətəndaşlar deyil, hərbçilər, döyüş görmüş adamlar arasında Qələbəyə aparan yolun çətinlikləri barədə danışmaq daha məqsədəuyğundur.
Gizir vəzifəsində xidmət etdiyi müddət ərzində İlham Muradov özünü müsbət cəhətdən, nizam-intizamlı, məsuliyyətli, bacarıqlı və işgüzar hərbçi kimi tanıtmış, komandirlik xüsusiyyətləri ilə seçilmişdir. Azərbaycan Ordusunun döyüşçüsü kimi üzərinə düşən vəzifənin məsuliyyətini tam dərk edir və öhdəsindən layiqincə gəlir. Komandir və böyük rəislərin verdikləri əmr və sərəncamları vaxtında və dəqiq yerinə yetirib. Nizamnamələrin və qanunvericiliyin tələblərini bilir. Hərbi bilik səviyyəsinin artırılması üçün daim öz üzərində çalışır. Təşəbbüskar və qətiyyətlidir.
Şəhla Hüseynova

Zəfər zirvəsinin fatehi İlham MuradovZəfər zirvəsinin fatehi İlham MuradovZəfər zirvəsinin fatehi İlham MuradovZəfər zirvəsinin fatehi İlham MuradovZəfər zirvəsinin fatehi İlham MuradovZəfər zirvəsinin fatehi İlham MuradovZəfər zirvəsinin fatehi İlham Muradov

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…