Azərbaycan İdeyası

Bakı metrosundakı nasazlığın səbəbi AÇIQLANDI - YENİLƏNİB

Tarix:29-12-2022, 10:40
Baxış Sayı:65

Bakı metrosundakı nasazlığın səbəbi AÇIQLANDI - YENİLƏNİB
Metronun Xətai-Cəfər Cabbarlı xəttində qatarda yaranan texniki nasazlığın səbəbi məlum olub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən stansiyada maşinistin idarəetmə pultunda qapılara müdaxilə olunması ilə bağlı siqnal işə düşüb:

“Bu halda Metropoliten qaydalarına əsasən maşinist dərhal qatarı saxlayıb. Texniki baxış təyin edilib. Hər hansı problem qeydə alınmasa da, qaydalara görə qatara yenidən və ətraflı baxış keçirilməlidir. Bu səbəbdən maşinist qatarı 3 dəqiqə tuneldə saxlamaq məcburiyyətində qalıb və əlavə texniki baxış üçün təyin edilən xüsusi zonaya çevrilib. Metropolitenin Xətai-Cəfər Cabbarlı xəttində qatarlar məkik hərəkət etdiyindən onların hərəkəti ilə bağlı problem olmayıb. Sərnişinlərin təhlükəsizliyi tam təmin edilib. Sərnişinlərdən xahiş edirik ki, metrodan istifadə edərkən qaydalara düzgün riayət etsinlər”.

10:18

Bakı metrosunda qatarların hərəkətindən texniki nasazlıq olub.

Bu barədə redaksiyamıza sərnişinlər tərəfindən məlumat daxil olub.

Sərnişinlər iddia edirlər ki, problem metronun “Şah İsmayıl Xətai” stansiyasında qeydə alınıb və metropoliten əməkdaşları tərəfindən sərnişinlər düşürülüb.

Qatarın nasazlıq səbəbindən depoya getdiyi deyilir.

Məsələ ilə bağlı açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, problemin səbəbi araşdırılır.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı