Azərbaycan İdeyası

Ağdaş polisindən əməliyyat: Doqquz nəfər saxlanıldı

Tarix:13-01-2023, 10:44
Baxış Sayı:59

Ağdaş polisindən əməliyyat: Doqquz nəfər saxlanıldı
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq cinayətləri törədən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon ərazisində yerləşən 3 evdən məişət və qızıl-zinət əşyaları, eləcə də mobil telefonun oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub.

Aparılan araşdırmalar zamanı cinayət hadisələrinin eyni şəxs tərəfindən törədildiyi müəyyən olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları etməkdə şübhəli bilinən keçmiş məhkum Mənsur Məhərrəmov tutularaq istintaqa təhvil verilib. Onun ayrı-ayrı şəxslərə satdığı əşyaların bir neçəsi maddi sübut kimi götürülüb.

Keçirilən digər əməliyyat nəticəsində isə avtomobil təmiri məntəqəsindən nəqliyyat vasitəsinin ehtiyat hissələrini oğurlayan rayon sakini Firqət Quliyev saxlanılıb. O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarını metal qəbulu məntəqəsinə satdığını bildirib.

Şöbə əməkdaşlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyatlar nəticəsində isə daha 7 nəfər rayon sakini – Fariz Cümşüdov, Mübariz Əzizov, Elşad Yusifov, Vasif Qasımov, Yalçın Məmmədov, Rəsul Rəhimov və Elşən Şirinov saxlanılıb. Saxlanılan şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr aşkarlanaraq götürülüb. Qeyd edək ki, saxlanılan şəxslərin əksəriyyəti əvvəllər də analoji, eləcə də digər cinayət əməllərinə görə məhkum olunmuşlardır.

Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı