Azərbaycan İdeyası

Vüqar Xəlilovun oba-oba dolaşan dələduzluğu.

Tarix:30-01-2023, 13:27
Baxış Sayı:181

Vüqar Xəlilovun oba-oba dolaşan dələduzluğu.
Sadiq oxucularımız bəlkə də xatırlayarlar, “Korrupsiya və Qanun” qəzeti redaksiyasına Bakı şəhəri, S.S.Axundov küçəsi, ev 1B, mənzil 101 ünvanda qeydiyyatda olan və yaşayan Əliyev Zamin Ağali oğlu ərizə ilə müraciət etmiş və bildirmişdi ki, doğulduğu Astara rayonunun Çayoba kəndində ailə üzvlərinə dövlət tərəfindən ayrılmış olan 1,05 ha pay torpaqları sənəd üzrə onlara məxsusdur. Həmin torpaq sahəsinin ona aid olan hissəsini Əliyev Polad Qeybi oğlu adlı şəxs qeyri-qanuni olaraq zəbt etmişdir, məsələ məhkəmə müstəvisinə çıxmış, hal-hazırda Şirvan Apellyasiya Məhkəməsində baxılmaqdadır. Bu mövzuda qəzetimizdə “Təəssüf ki, “Görək, Şirvan apellyasiya məhkəməsi Astarada qonşunun torpağını “dızd” eləyəni neyləyəcək” sərlövhəli məqalə dərc olunmuşdu.
Zamin Əliyev məqalə müəllifi Vüqar Xəlilovun onun torpaq problemini həll edəcəyini vəd edərək üç dəfəyə 350 (üç yüz əlli) manat pul aldığını iddia edir. Bundan əlavə, redaksiya ilə çoxdan yollarını ayırmış Vüqar Xəlilov Zamin Əliyevin qonaqpərvərliyindən sui-istifadə edərək, ondan ayrı-ayrı vaxtlarda sovqatlar (Çayoba kəndinin əsas sərvəti olan çay dəstləri) almışdır.
Qanunla jurnalistin qarşısına qoyulan tələblərə cavab vermədiyindən redaksiyadan kənarlaşdırılan Vüqar Xəlilov bəzi hallarda jurnalist fəaliyyəti ilə vəkillik xidmətini qarışıq salır, məmur özbaşınalığı, bürokratik əngəllərlə üzləşən, hüquqları tapdalanan vətəndaşların problemlərini qəzetdə ictimailəşdirmək, aidiyyəti qurumlar qarşısında məsələ qaldırmaq qarşılığında təmənna umurdu.
Daha KİV-də işləmədiyi barədə məlumat alan vətəndaşlar onun müəyyən təmənna qarşılığında öz üzərinə götürdüyü, əslində isə səlahiyyətlərinə daxil olmayan öhdəlikləri yerinə yetirə bilməyəcəyini anlayıb narahat olan vətəndaşlar redaksiyamıza təşrif buyurub Vüqardan şikayətlənirlər. Onlarla apardığımız izahat işləri nəticəsində redaksiyanın bu məsələlərə görə məsuliyyət daşımadığı, qəzetin işinin yalnız problemləri ictimailəşdirmək olması ilə razılaşmışlar.
Öz növbəmizdə Vüqar Xəlilovu arayaraq mübahisələrin tez bir zamanda həlli üçün çalışmasını tövsiyə etmiş, hətta tərəflərin üzbəüz görüşlərini də təşkil etmişik. O isə yalnız az qisim vətəndaşlarla olan probleminin çözümünə nail olmuş, əksər şəxslərin isə ümidlərini yalançı vədlərlə qidalandırmaqda davam etmişdir.
Zaqatala rayon sakini Badayeva Havva Molla Muhuma qızına da pensiya düzəldilməsində köməklik göstərəcəyini vəd edərək, 2018-ci ilin oktyabr ayında 300 (üç yüz) manat, 2019-cu ilin iyun ayında 1900 (bir min doqquz yüz) manat pulunu almışdır. Havva Badayevanın qardaşı Nusabi kişini inandırmaq üçün onu telefonla başqa şəxslə danışdırmış, demişdir ki, pulu hələlik özünüzə qaytarıram, amma işiniz düzələndən sonra yenidən mənə qaytararsınız”.
Dələduzluq əməlinə məruz qalan Füzuli rayonundan olan məcburi köçkün vətəndaşlar Abbasova Asya İsmayıl qızı “forma-88” sənədlərinin təsdiqi üçün Vüqara 1000 (700 manat nağd şəkildə, 300 manat karta köçürmə vasitəsilə) manat və Raziyə Quliyeva 430 (dörd yüz otuz) manat məbləğlərdə pul vermişlər. Vüqar Xəlilov Asyanın pulundan 800 manatını Füzuli rayon polisi vasitəsilə qaytarmış, 200 manatını isə hələ də verməyib. Borc mübahisəsinə görə ailəsində də münaqişə düşən Raziyənin isə 300 manatını ödəyib, 130 manatı qalmaqdadır.
Qeyd edək ki, Vüqar Xəlilov həmçinin eyni üsulla 2021-ci ildə Aslanov Vidadi Qadir oğlundan və Elçin Sadıqovdan hərəsindən 350 (üz yüz əlli) manat pul qoparmışdır. Bu azmış kimi Vüqar həmin şəxslərə deyib ki, guya işlərinin düzəlməsi üçün 500 (beş yüz) manat əlavə sələmli borc götürüb. Onların boynuna qoymağa çalışıb ki, işləri düzələndən sonra həmin əlavə xərcləri də ödəməlidirlər.
Vüqar Xəlilovun barəsində İmişli rayon sakini Vəli Namazəliyev və digərləri də şikayətçidirlər.
Baş redaktor:Xuraman Quliyeva.

OXŞAR XƏBƏRLƏR
İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT.
İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT.
Azərbaycan Respublikasınin Aile Qadın və Uşağ Problemləri komitəsinə Bahar Xanım Muradovaya Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Aile Qadın və Uşağ Problemləri komitəsinə Bahar Xanım Muradovaya   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Ədliyyə Naziri Cənab Fərid Əhmədova Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Ədliyyə Naziri Cənab Fərid Əhmədova   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
İran İslam respublikasının Prezidenti Cənab Məsud Pezeskiana Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
İran İslam respublikasının Prezidenti Cənab Məsud Pezeskiana   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova Bakı Şəhəri Sabunçu Rayonu Mastaga Qesebesi Axund Mir Elekber kuc 17/ 40 da yasayan Azer Aga oglu Agayev terefinden 00994775003111 Ərizə

Bakı bazarlarında qaymaq qıtlığı - Ancaq sifarişlə gətirilir
Bakı bazarlarında qaymaq qıtlığı - Ancaq sifarişlə gətirilir
ADNSU-nun rektoru saxta profil açaraq hirş indeksini süni şəkildə şişirdirmiş...
ADNSU-nun rektoru saxta profil açaraq hirş indeksini süni şəkildə şişirdirmiş...