Azərbaycan İdeyası

Kompensasiya vəd edib Prezidentə təşəkkürnamə yazdırdılar, sonra pul vermədilər

Tarix:30-01-2023, 13:41
Baxış Sayı:251

2019-cu il fevralın 5-də baş verən zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında onlarla fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb, sosial və infrastruktur obyektlərinə ziyan dəydi. Təbii fəlakətdən dərhal sonra görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edildi, zərər çəkmiş əhaliyə ilkin yardım göstərildi, yeni yaşayış evləri tikilərək sakinlərin ixtiyarına verildi. Zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər sonrakı dövrdə də davam etdirildi.
Bu məqsədlə Prezident cənab İlham Əliyev avqustun 20-də “Azərbaycan Respublikasının Ağsu və Şamaxı rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdı. Sərəncama əsasən, zəlzələlər nəticəsində Ağsu və Şamaxı rayonlarında yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Prezidentin ehtiyat fondundan ğsu və Şamaxı rayon icra hakimiyyətlərinin hər birinə 3 milyon manat ayrılmışdı. Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən baxış keçirilmiş sosial obyektlərdən 95 yerlik şəhər 2 saylı körpələr evi-uşaq bağçası, 360 yerlik Məlikçobanlı kənd tam orta məktəbi, 35 yerlik Quşçu kənd körpələr evi-uşaq bağçası və Quşçu kənd tibb məntəqəsi Heydər Əliyev Fondu tərəfindən tikilib. Həmçinin 80 yerlik Çarhan kənd ümumi məktəbinin və 320 yerlik Çarhan kənd tam orta məktəbinin yerinə 408 yerlik Çarhan kənd tam orta məktəbinin tikintisi davam etdirilir. Bundan başqa, Təhsil Nazirliyi tərəfindən şəhər 2 saylı tam orta məktəbin 1-ci korpusunda tamamlanma işləri, digər korpusunda isə əsaslı təmir işləri aparıldı.
Bütün bunlardan əlavə, Heydər Əliyev Fondu tərəfindən də yaşayış evləri inşa olunub və təmir-bərpa işləri aparılıb. Lakin hələ də Şamaxıda zəlzələdən ziyan çəkən ev sahibləri sırasından narazı qalanlar vardır. Şamaxı şəhəri, 25a saylı məhəllə, Atatürk küçəsi, 82 a ünvanda yaşayan vətəndaş Gülbabayev Ağayar Gülbaba oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək, evinin 06-06 fevral 2019-cu il tarixdə Şamaxıda baş vermiş olan 6,5 bal gücündəki zəlzələdən zərər çəkdiyini xatırladır: “Evimin 12 x 8 metr divarları parçalanmış və uzunboy kəsişən divarlarla bərabər qəzalı vəziyyətə düşmüşdür. Evin şəklini çəkib aparan fövqəladə hallar komissiyasının Əbülfəz adlı işçisi gördüyünü düzgün yazmayaraq, dəymiş zərəri əskik göstərmişdir. Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahirin qohumu, bu işlərə nəzarət edən Şükran adlı məmur o vaxt mənə cənab Prezidentə ünvanlanan təşəkkürnaməyə imza atdırdı, indi isə “pul yoxdur” deyirlər”.
Vətəndaş Gülbabayev redaksiyadan xahiş edir ki, məsələ qəzetdə ictimailəşdirilərək aidiyyəti qurumlara çatdırılsın.

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…