Azərbaycan İdeyası

Müstəntiq hadisə törətmiş avtomobilin axtarışa verilməsi barədə qərarını zərərçəkəndən niyə gizlədir?

Tarix:2-03-2023, 16:31
Baxış Sayı:180

Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulması və yaxud onun ölümü ilə nəticələnmiş olsun. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və yaxud ona maddi ziyan vurulmasına səbəb olduqda qeyd edilən qaydaları pozmaqda təqsirləndirilən şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir.
Haqqında söz açdığımız yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olub və hadisə törədən şəxs hadisə yerindən qaçıb.
Nəqliyyat vasitəsinin istismarı qaydasının pozulması zərərçəkmiş şəxsin sağlamlığınma az ağır zərər vurulmasına səbəb olduqda, qayda pozmuş şəxs iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda isə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1-ci maddəsində isə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir.
Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda isə beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd etmək lazımdır ki, qanunvericiliyimizin tələblərinə əsasən, yol nəqliyyat hadisəsi baş verdikdə sürücü yol nəqliyyat hadisəsi yerindən qaçmamalı, yol-nəqliyyat hadisəsindən zərər çəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməli, təcili tibbi yardım maşını çağırmalı, ekstremal hallarda isə zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmalıdır. Əks halda sürücü əlavə maddələrlə, yəni Cinayət Məcəlləsinin 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) və ya 143-cü (təhlükədə qoyma) maddələri ilə də cinayət məsuliyyətinə cəlb olunacaqdır.
Goranboy rayonununTapqaraqoyunlu kənd sakini Abbasəliyev Elçin Qniyaz oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək bildirib ki, 23.11.2022-ci il tarixində Abşeron rayonunun “Duzlu Göl” deyilən ərazidən keçən yolda kimliyi ona məlum olmayan sürücünün idarə etdiyi avtomobillə vurulub. Yol-nəqliyyat hadisəsi nəticəsində baş nahiyəsindən xəsarət alıb və koma vəziyyətinə düşərək üç gün xəstəxanada yatıb. Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində müstəntiq Məcid Məcidli tərəfindən, dediyinə görə CM-in 263-cü maddəsi ilə cinayət işi başlanılıb.
Elçin Abbasəliyev qeyd edir ki, dəfələrlə işi ilə əlaqədar Məcid Məcidliyə müraciət edib və müstəntiq ona YNH törədən avtomobilin axtarışa verildiyini, amma tapılmadığını, bununla əlaqədar Saray qəsəbəsində yerləşən Yol Patrul Polisinə qərar yolladığını, xəbər olduqda onu polis idarəsinə dəvət edəcəyini bildirib.
Zərərçəkən yazır: “Mən müstəntiq Məcid müəllimdən Abşeron rayon Saray qəsəbəsində yerləşən YPX-nə göndərdiyi qərarın sürətini istədikdə mənə bildirdi ki, qərarın sürətini sizə vermək Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmayıb. CPM-nin 293.1 maddəsinin tələbi ilə əlaqədar əldə rəhbər tutub cinayət işinin başlanması barədə qərarın sürəti bu günə qədər mənə verilməyib. Hər dəfə soruşanda “axtarışa vermişəm, tapanda məlumat verəcəyik” - deyə mənə cavab verirlər. Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin “102” qaynar xəttini də məlumatlandırmışam. Hadisə baş verdiyi andan (23.11.2022) bu günədək nəticəsi barədə mənə heç bir məlumat verilməyib. Odur ki, yuxarıda qeyd etdiyim faktları ictimailəşdirib geniş oxucu kütləsinə çıxarıb, aidiyyatı üzrə dövlət orqanlarına göndərib mənə kömək etməyinizi sizdən xahiş edirəm”.
Göründüyü kimi, hadisə törədən şəxsin cinayətinin dəqiq qiymətləndirilməsi onun tapılmasından sonra mümkündür. Ola bilər ki, həmin şəxs həmin gün başqa hadisə də törədib, hadisədən əvvəl, yaxud az sonra sərxoş olduğu, ya da nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi, maşını qaçırdığı qeydə alınıb. Bəlkə də digər cinayət əməlinə və ya inzibati xətaya görə məsuliyyətə cəlb olunub. Belə təfərrüatlar ortaya çıxdığı halda o, CM-nin bir neçə maddəsi ilə ittiham olunmalıdır. Amma bütün bunlardan öncə müstəntiq istismar qaydası pozulan avtomobili həqiqətən axtarışa verdiyini zərəçəkənə sübut etməlidir.
Xuraman Quliyeva [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda hakim intihar etdi
Azərbaycanda hakim intihar etdi
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO