Azərbaycan İdeyası

Nə iş verilir, nə əlillik statusu – Vətən müharibəsi qazisinin şikayəti

Tarix:12-03-2023, 09:14
Baxış Sayı:55

Nə iş verilir, nə əlillik statusu – Vətən müharibəsi qazisinin şikayəti

Səməd Vurğunun məşhur misrası var: “Ehtiyac qul eylər qəhrəmanı da...” İndi təsəvvür edin ki, qəhrəman döyüşdə yarımcan olub, canının qalan yarısı ilə qulluq eləməyə meydən axtarır, onu da vermirlər.
İmişli rayonunun Xoşçobanlı kəndində qeydiyyatda olan və yaşayan Qardaşzadə Toğrul Allahverdi oğlu Vətən müharibəsi iştirakçısıdır. Döyüşlərdə odlu silahdan aldığı yara nəticəsində əmək qabiliyyətini qismən itirib. O üzdən müraciət etdiyi iş yerlərinə götürülmür, nə də onu pensiya ilə təmin edəcək əlillik statusu verilmir. Beləliklə, düşmənə diz çökdürən igid oğullarımızdan daha biri ehtiyac qarşısında aciz qalıb.
Toğrul Qardaşzadə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına göndərdiyi ərizədə bildirir ki, 29 sentyabr 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon Şöbəsindən 704 saylı hərbi hissəyə yollanıb. Həmin il oktyabr ayının 3-də Cəbrayıl, Qubadlı istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib. Yazır ki, oktyabrın 20-də Qubadlı rayonu ərazisində odlu silahdan açılan atəş və mərmi partlayışı nəticəsində yaralanıb. Onu əvvəlcə Füzuli rayon mərkəzi xəstəxanasına, iki gün sonra isə Saatlı rayon mərkəzi xəstəxanasına aparılıb...
Ərizədən oxuyuruq: “08.11.2020-ci ildə Silahlı Qüvvələrin Bakı şəhərində yerləşən Mərkəzi Hospitalına, 10.11.2020-ci ildə Bakı şəhəri 1 saylı Kliniki Tibbi Mərkəzə göndərildim. İki dəfə ayağımdan əməliyyat keçirmişəm, hal-hazırda ayağımda sınıq qalıb. 28.11.2020-ci ildə xəstəxanadan çıxarıldım. Sonra dekabr ayında hərbi xidmətə yararlı olub-olmadığımın müəyyənləşdirilməsi üçün “Papanin hospitalı”na göndərildim. 2021-ci ilin may ayında mənə hərbi xidmətə yararlı olmağım barədə tibbi kağız verdilər. Hansı dövlət idarələrinə işlə bağlı müraciət etsəm də, məni işə qəbul etmirlər. İmişli rayon məşğulluq mərkəzində işsiz kimi qeydiyyata alınmışam... Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkim komissiyası tərəfindən verilən 25.11.2020-ci il tarixli 10059 saylı arayışa əsasən mənə “Odlu silah yaralanması. Sol baldırın orta 1/3-nin kor güllə yaralanması. Sol incik sümüyünün orta 1/3-nin açıq qəlpəli yerdəyişmiş sınığı və yumşaq toxuma deffekti yarası, hərbi travma” diaqnozu qoyulub. Hal-hazırda sol ayağımda ağrılar var. Arabir ayağımda keyimə də olur. Bədənimin kürək nahiyəsində qəlpə var. Allergiyam da var. Öz hesabıma özümü müalicə etdirmişəm”.
T.Qardaşzadə redaksiya ilə həmçinin telefon əlaqəsi saxlamış, yazdıqlarını təsdiq etmişdir. Fikir mübadiləsi apardığımız zaman Vətən müharibəsi qazisi bildirmişdir ki, onun əsas məqsədi müharibə əlili statusu almaq deyil, zəruri dolanışığını təmin etməkdir. Səhhəti imkan versə, işə götürsələr, dövlətin boynundan sınıq qol kimi asılmağa qətiyyən razılaşmaz.
Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Özünü prokurorluq işçisi kimi təqdim edən şəxs HƏBS OLUNDU
Özünü prokurorluq işçisi kimi təqdim edən şəxs HƏBS OLUNDU
Bakıda kişi telefona çox baxan arvadını döydü
Bakıda kişi telefona çox baxan arvadını döydü
BMT-də Azərbaycanın donor ölkəyə çevrilməsi vurğulanıb
BMT-də Azərbaycanın donor ölkəyə çevrilməsi vurğulanıb
Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması subsidiyalaşdırılır
Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması subsidiyalaşdırılır
İlham Əliyevdən məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli ilə bağlı FƏRMAN
İlham Əliyevdən məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli ilə bağlı FƏRMAN