Azərbaycan İdeyası

Ağır onkoloji xəstəyə əlillik dərəcəsi niyə verilmir?

Tarix:25-04-2022, 18:23
Baxış Sayı:131

Hazırda qüvvədə olan əsasnaməyə müvafiq olaraq 3 və 4-cü mərhələ bədxassəli onkoloji xəstələrə 2-ci dərəcə, 2-ci mərhələ onkoloji xəstələrə 3-cü dərəcə əlillik verilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifovun sözlərinə görə, inkurabel, yəni müalicəsi mümkün olmayan (nə kimyəvi, nə cərrahi, nə şüa terapiyası aparılması) hallarda isə 1-ci dərəcə əlillik təyini nəzərdə tutulub. Ümumilikdə 10 ildən artıq əlilliyi olan şəxsə əlillik dərəcəsi təyin olunursa, bu zaman 2-ci dərəcə müddətsiz əlillik veriləcək. 15 ildən artıq 3-cü dərəcə əlilliyi olan şəxslərə isə müddətsiz əlillik təyin olunur.
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Malik Musayev küçəsi, döngə 5 ünvanda yaşayan 1995-ci il təvəllüdlü Musayeva Leyla Azər qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək, ehtiyac duyduğu dövlətin sosial müdafiəsi ilə təmin olunmadığını bildirmişdir: “2 iyun 2020-ci il tarixdə qaxanabənzər vəzinin bədxassəli yeni törəməsi (C 73 – pT1amN1bM0 mərhələ 1 G1), qalxanabənzər vəzin papilyar mikrokarsinoması, boyun limfa düyünlərinə metastazından cərrahi əməliyyat olunmuşam. Əməliyyatdan 3 ay sonra (07.09.2020-ci ildə) radioaktiv yod müayinəsi almışam...”
L.Musayeva sonrakı dövrdə də müalicəni davam etdirməsinə baxmayaraq, hal-hazırda da özünü xəstə hesab etdiyini, həkim nəzarəti altında olduğunu bildirir: “Buna baxmayaraq, mənə əlil statusu verilmir. Xahiş edirəm, bu məsələni ictimailəşdirib mənə köməklik göstərəsiniz”.
Xəstənin redaksiyaya təqdim etdiyi sənədlərdən görünür ki, o, təkcə dövri olaraq müraciət etdiyi Milli Onkologiya Mərkəzində deyil, başqa tibb müəssisələrində də müayinə olunmuşdur. Məsələn, keçən ilin oktyabr və dekabr aylarında “Bakı Teyran” Tibb Mərkəzində ona protruziya və skolioz diaqnozları qoyulmuşdur. “Büllur” Klinikasında isə xəstənin öd kisəsində morfodəyişikliklər aşkarlanmışdır.
Ümid edək ki, vətəndaş Musayevanın əlillik statusu almaq üçün növbəti müraciətinə veriləcək cavab onun gözləntisini doğruldacaq.
“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı