Azərbaycan İdeyası

DYP səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib

Tarix:13-03-2023, 11:33
Baxış Sayı:166

DYP səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib.

İdarədən daxil olan müraciətdə deyilir:

“Məlumdur ki, yaz fəslinin gəlişi insanların həyat tərzinə, əhvali-ruhiyyəsinə birbaşa təsir göstərir. Mütəxəssislərin fikrincə, iqlim dəyişmələrinə uyğun olaraq​ yaz fəslində orqanizmdə təlatümlərin olması bir sıra xəstəliklərin oyanmasına və ya kəskinləşməsinə təkan verir.

Belə hallar, xüsusilə xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda özünü daha aydın göstərir ki, bu da onların ümumi həyat tərzinə təsirsiz ötüşmür. Lakin təəssüf ki, bəzi hallarda səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir ki, bu da sonda insanların həyat və sağlamlığının itirilməsi ilə nəticələnən hadisələrə gətirib çıxarır, ailə faciələrinə yol açır.

Dərman preparatları qəbul etdiklərini əsas gətirərək özlərinə bəraət qazandırmağa çalışan sürücülər isə unudurlar ki, həmin preparatların tərkibində yuxu və ya halsızlıq gətirən maddələr mövcuddur ki, bu amilin özü də avtomobil idarə etməkdən çəkinmək üçün tutarlı səbəbdir.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək səhlənkarlıq nəticəsində yaşanmış acı təcrübələrdən, belə halların doğurduğu bədbəxt hadisələrdən düzgün nəticə çıxarmağı, özlərinin və digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı xahiş edir”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı