Azərbaycan İdeyası

Daha bir universitet kəsrə görə ödənişi ləğv etdi

Tarix:21-01-2016, 16:20
Baxış Sayı:609

Daha bir universitet kəsrə görə ödənişi ləğv etdi




Bakı Dövlət Universitetinin Elmi Şurasının bu gün keçirilən iclasında alt qruplarda təhsil alan tələbələrin ödənişdən azad olunması barədə yekdil qərar qəbul edilib.
BDU-nun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclasda 2016-cı ilin fevral ayından başlayaraq normativ təhsil müddətində alt qruplarda (yay məktəbi istisna olmaqla) oturan tələbələrin əlavə kreditlər üzrə təhsil haqqının BDU-nun daxili imkanları hesabına ödənilməsi məsələsi geniş müzakirə edilib.
Müzakirələr zamanı çıxış edən alimlər Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin bütün qurumların daha da səmərəli işləməsi, təşəbbüskarlığı, insanlar üçün bütün şəraiti yaratması haqda olan tapşırıqlarını əsas götürüblər.
Sonda isə Elmi Şura üzvləri alt qruplarda təhsil alan tələbələrin ödənişdən azad olunması barədə yekdil qərar qəbul ediblər.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı