Azərbaycan İdeyası

10 manat rüşvət vermək istədi, 150 manat cərimələndi

Tarix:6-04-2023, 17:17
Baxış Sayı:150

10 manat rüşvət vermək istədi, 150 manat cərimələndi

Göygölün Toğanalı kəndində qurulmuş polis postunda insident baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə DYP əməkdaşlarının Kəlbəcər ərazisinə girməyə çalışan betonqarışdıran maşının sürücüsü M.Əliyevin sənədlərini yoxlayan zaman qeydə alınıb.

Belə ki, polislər həmin vaxt maşında daha bir nəfərin olduğunu görüblər. Bildirilir ki, sürücü şəxsiyyət vəsiqəsini DYP əməkdaşına təqdim edən zaman əlinin içərisində 10 manat pulu polisə vermək istəyib. Sürücü pulu həmin şəxsin Kəlbəcərə buraxılması məqsədi ilə təklif edib.
Polis əməkdaşları M.Əliyevin təklifini geri çeviriblər, bu zaman sürücünün polisin qanuni tələbinə tabe olmadığı qeyd edilib.

Daha sonra vətəndaş polis bölməsinə dəvət olunub. Barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni əmrinə tabe olmama) ilə protokol tərtib edilib. Rayon Məhkəməsi protokol əsasında onu 150 manat cərimələyib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı