Azərbaycan İdeyası

Su Həyat Mənbəyidir.

Tarix:14-04-2023, 15:17
Baxış Sayı:45

Su Həyat Mənbəyidir.
Su həyatdır deyənlər heç vaxt yanılmayıblar.Həqiqətən su istər canlılar,istərsə də cansızlar üçün həyat mənbəyidir.
Cəmiyyətin yaşaması üçün ən vacib olan su təsərrüfatını inkişaf etdirmək,suya olan təlabata qənaət etmək lazımdır.Mütəmadı olaraq bu sahədə işlər günün tələbləri səviyyəsində aparılır.Torpaqdan alacağımız hər bir məhsul üçün suvarma öndə durur.Azərbaycanın Suvarma Sistemləri İdarəsinin rəhbərlərinin verdiyi məlumatları oxucuların nəzərinə çatdırırıq.
İdarənin rəisi Azim Kərimovun bu sahəyə rəhbərliyi səviyyəsində bir sıra işlər öz həllini tapmaqdadır.İnsanların əkib-becərdikləri naz-neməti ərsəyə gətirmək üçün sudan səmərəli istifadə olunur.Baş mühəndis Ruhil Məstənov və sudan istifadə şöbəsinin müdiri Vidadi Quliyevin idarəçiliyi sayəsində işlər günün tələbləri səviyyəsində aparılır.1979-cu ildən fəaliyyətdən göstərən bu idarə rayon üzrə 50497 ha əkin sahəsinin su ilə təchizatını ödəyir.Onu da qeyd edək ki,adına torpaq sahəsi olanların sayı 15393 nəfərdir.
İdarədə çalışan 160 işçinin hər biri öz işi üçün məsuliyyət daşıyır.Rayon bir neçə su kanalı ilə təmin olunur.Araz çayından götütrülən su Xan qızı,Qarabağ kanalları vasitəsi ilə rayona çatdırılır.Onu da qeyd edək ki,Ruhil müəllimin bildirdiyuinə görə,rayon mərkəzindən keçən P-3 kanalının 1,3 km. üzlüklə üzlənilmiş,1.1 km. Hissəsi də bundan sonra təmir olunacaq.İdarədə mühasib vəzifəsini icra edən Faiq Abbasov vətəndaşların əmək haqqlarının vaxtlı-vaxtında çatdırılması,mühasibat işlərinin yüksək səviyyədə aparılması üçün əlindən gələni əsigəmir.Görülən işlərə görə idarə,əlaqədar təşkilatlar tərəfindən dəfələrlə fəxri fərmana layiq görülüb.
Onu da qeyd edək ki,baş mühəndis Ruhil Məstəanov II Qarabağ müharibəsi iştirakçısıdır.
Bu məsuliyyətli işdə kollektivin hər bir üzvünə daim uğurlar əldə etməyi arzu edirik.
Qarşıdan gələn 11 ayın sultanı olan Ramazan bayramını təbrik edirik.

Ceyhun.

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama