Azərbaycan İdeyası

Qazaxda “Mir Cəlal Məscidi” yaratmaq təşəbbüsü irəli sürüldü

Tarix:1-05-2023, 13:44
Baxış Sayı:348

Qazaxda “Mir Cəlal Məscidi” yaratmaq təşəbbüsü irəli sürüldü
Qazax rayonu, Qazax şəhəri, Əhməd Seyidov küçəsi – 45 ünvanda qeydiyyatda olan və yaşayan Hüseynzadə Mircəfər Füzuli oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban Əliyevaya və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ünvanladığı video-müraciəti “Korrupsiya və Qanun” qəzeti redaksiyasına göndərmiş və kütləvi informasiya vasitəsində ictimailəşdirilməsini xahiş etmişdir.
V ideo-müraciət özündə təşəbbüs ehtiva edir. Mircəfər Hüseynzadə seyid nəslinin övladı olduğu üçün və ətrafında olan inanclı insanların məsləhəti ilə dini icması yaradıb. 11 ildir həyətində yerləşən məscid xalqın xidmətindədir. Deyir ki, buraya ziyarətə gələn insanlar hamısı dövlətimizin daxili və xarici siyasətini dəstəkləyən, Vətəninin sevən, milli-mənəvi, əxlaqi dəyərlərimizə üstünlük verən, digər dini konfessiyalara, qeyri-müsəlman dini icmalara da tolerant yanaşan ləyaqətli vətəndaşlardır. Odur ki, icmanın və məscidin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının aparılmasına, məscidə “Mir Cəlal Məscidi” adının verilməsinə, məscidin Heydər Əliyev Fondunun nəzarətinə verilməsinə köməklik göstərilməsini, həyətində isə “Heydər Əliyev bulağı” inşa edilməsini xahiş edir.
Mircəfər Hüseynzadə görkəmli dramaturq, əməkdar elm xadimi, şair, yazıçı Mir Cəlal Paşayevin ruhuna rəhmət diləyir və bu fikirdədir ki, Mir Cəlal adına məscidin də olması cəmiyyət tərəfindən yaaxşı qarşılanar.
Xatırladaq ki, Mir Cəlal Paşayev adına Gəncədə küçə, muzey, 39 nömrəli tam orta məktəb, "Mir Cəlal Paşayev" gəmisi, Bakıda İçərişəhərdə "Ədibin evi" ev-muzeyi, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda Mir Cəlal küçəsi, Xızı şəhərində mədəniyyət sarayı var, Mir Cəlal Əli oğlu Paşayevin 100 illiyinə həsr olunmuş poçt markası buraxılıb. Amma Mir Cəlal adına məscid yoxdur.
Ətraflı linkdə:https://studio.youtube.com/video/twTY2rWKMy0/edit
Xuraman Əhlimanqızı

OXŞAR XƏBƏRLƏR
Yevlaxda vəkil dərmandan zəhərlənərək öldü
Yevlaxda vəkil dərmandan zəhərlənərək öldü
İmişli İcra və Probasiya Şöbəsi borclulara niyə “humanist” yanaşır?
İmişli İcra və Probasiya Şöbəsi borclulara niyə “humanist” yanaşır?
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
“Gəlin 7 aylıq hamilə imiş..."
“Gəlin 7 aylıq hamilə imiş..."