Azərbaycan İdeyası

Şəhid-Cavadov Namiq Rəhbər oğlu

Tarix:4-05-2023, 11:11
Baxış Sayı:164

Şəhid-Cavadov Namiq Rəhbər oğlu
Namiq Rəhbər oğlu Cavadov 1973-cü ilin noyabr ayının 7- də Xocalı rayonunun Cəmilli kəndində anadan olub. 1993-cü ildə BDU-nun Coğrafiya fakültəsinə daxil olub. 1997-ci ilə qədər davam edən ali təhsili zamanı həm də həmin universitetin hərbi kafedrasında da təhsil alıb.
Vətənə, torpağa uşaqlıqdan bağlı olan Namiq könüllü olaraq 16 yaşında əsgərliyə heç kimin xəbəri olmadan gedib. Leytenant Cavadov 2003-cü ildə Naxçıvan şəhərinin Sədərək rayonunda 2 il 6 ay Vətənə xidmət edib. Xidmət etdiyi zaman əsgərlərinin və zabit heyətinin dərin hörmətini qazanıb. Namiqlə olan xatirələrdən danışan zabit yoldaşları onun səlistliyi, dəqiq qərarlığı, əsgərlərinə necə diqqətlə yanaşmasını, onlara canının bir qardaş bir valideyn kimi yanmasını dilə gətirir.

Öz ixtisasının atıcı-snayperçi olmasına baxmayaraq, tank sürməyi, mina dəf etməyi də bacarırmış. Əsgərlərinə ən çətin şəraitdə belə səbrli olmağı, ac və susuz dözümlü qalmağın dərsini öyrədirmiş. Hər zaman işğal olunmuş torpağların həsrətindən danışan, müharibə olmağını səbrsizliklə gözləyən Namiq şəhidlik zirvəsinin ucalığından bəhs edərdi. Gerbinə, Bayrağına düşkün olan Namiq hər zaman milli atributları əziz tutub hər şeydən uca bilirdi.
Ehtiyatda olan Leytenant Namiq Cavadov Səfərbərlik Xidmətinə çoxsaylı müraciətlər etməsinin nəticəsində oktyabrın 19-u İkinci Qarabağ, Vətən Müharibəsinə çağırılıb. Hərbidən ayrıldığı 15 ilə yaxın olmasına baxmayaraq, könüllü olaraq ön cəbhəyə gedib, Qubadlı döyüşlərində iştirak edib.
Burada gedən ağır döyüşlərə şücaətlər göstərərək Laçının Güləbird qəsəbəsinə kimi gəlib çıxıb. 60 əsgərdən ibarət kazarmanı təhlükəli vəziyyətdən çıxarıb, 20 yaralı əsgərə köməklik göstərərək həyatını xilas edib. Oktyabr ayının 25-i, döyüşə yollandığının 6-cı günündə Laçının Güləbird qəsəbəsində düşmənin xain qəlpəsinə tuş gəlmiş, şəhidlik zirvəsinə ucalıb.
Namiqin 2 övladı, 22 yaşlı qızı, 20 yaşlı oğlu yadigar qalıb. Şəhid Leytenant Namiq Cavadov II Fəxri Xiyabanda dəfn olunub. Ruhu şad olsun!
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Namiq Cavadov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.

OXŞAR XƏBƏRLƏR
Misir Mərdanov bu vəzifəyə təyin edildi
Misir Mərdanov bu vəzifəyə təyin edildi
Kamran Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsində müşavirə keçirdi - FOTOLAR
Kamran Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsində müşavirə keçirdi - FOTOLAR
Yalnız bu şəxslər aptek işlədə biləcək – YENİ QƏRAR
Yalnız bu şəxslər aptek işlədə biləcək – YENİ QƏRAR
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Qarlı hava qəzaları ARTIRIR – Ustadan sürücülərə XƏBƏRDARLIQ
Qarlı hava qəzaları ARTIRIR – Ustadan sürücülərə XƏBƏRDARLIQ
Qarlı hava nə vaxta qədər davam edəcək?
Qarlı hava nə vaxta qədər davam edəcək?
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Gecəgözlü kəndinin coğrafiyada izi qorunmalıdır
Gecəgözlü kəndinin coğrafiyada izi qorunmalıdır