Azərbaycan İdeyası

Sənətin sehri,ulu keçmişə məhəbbət.

Tarix:5-05-2023, 16:59
Baxış Sayı:57

Sənətin sehri,ulu keçmişə məhəbbət.
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin "Ağac nəqqaşı" ixtrisasi üzrə istehsalat təlimi ustası Nizami Mustafa oğlu Mustafayev 1980-ci ildəın bu günə kimi,yəni hal-hazırda həmin liseydə müəllim kimi fəaliyyət göstərir.Müəllimin bilıdirdiyinə görə həmin peşə litseyində öz ixtisası üzrə 20 şagirdin təlim-tərbiyəsi ilə məşğul olur.Son günlərdə gözəl qabiliyyəti ilə taninan müəllim dağ yəhudilərinin Sinoqoqunun İbadət zalında ağac,bədii oyma işlərinin görülməsi ilə bağlı Yəhudi İcmasının kollektivi arasında qiymətləndirilmişdir.Vaxtı ilə bir neçə tv kanallarında sərgisi olmuş və iştirak etmişdir.Qonşu ölkələrdəın biri olan qardaş Türkiyədə bir neçə əl işləri öz yeri tapmışdır.Nizami Mustafayevin sənət aləmində orijinal yaradıcılıq üslubu,özünəməxsus dəsti-xətti ilə tanınır.Həm də onu da qeyd edk ki,sənətkarın əl işləri Ağdam rayonunun diyarşünaslıq muzeyində nümayiş edilmişdir.Şuşa şəhər muzeyində Xurşidbanu Natəvanın,Qasım bəy Zakirin ağadan büstlərinin sərgisi keçirilmişdir.Cavan yaşlarından Nizaminin səsəi-sorağı adlı-sanlı sənət təmsilçiloərinin iştirak etdiyi müxtəlif sərgilərdən gəlir.Nizami Mustafayevin ağacdan hazırladığı fiqurların,kompozisiyaların ruhunda sanki bir musiqi ahəngi var.Bu doğmalıq Nizaminin üz tutduğu dünənimizdən el sənətinin qaynaqlarından süzülüb gəlir.Bəlkə də,elə ona görə bu oyma ustasının əlindən çıxan sənət əsərlərinin çoxunun adı da,kompozisiyası da musiqi ilə bağlıdır.Onu da qeyd edək ki,Nizami Mustafayev Ağdam rayonunun Mərzili kəndində boya-başa çatıb.Hələ orta məktəb illərində ağac üzərində açdığı rəngarəng naxışlar oymaçılıq sənətinə həvəsi onu Bakıdakı 84 saylı texniki peşə məktəbinə gətirib.Burada o,ağac üzərində oyma peşəsinə yiyələnib.Məncə bu sənətin nümumələrinin müəllifini görüb tanımasında da ondakı vətəndaşlıq duyğusunu,elə məhəbbətini,sənət amalını və düşüncələrini aşkar hiss etmək olar.Biz də öz növbəmizdə qızıl məllər sahibi Nizami Mustafa oğlu Mustafayevə işində bitib-tükənməyən uğurlar arzulayırıq.Həm vətənimizin səs-sorağının daha da uzaq ölkələrdən gəlməsini bizdə arzulayırıq.
Ceyhun.

OXŞAR XƏBƏRLƏR
Pensiya yaşına çatmadan vəfat edən şəxslərin pulu görün hara gedirmiş – Statistika açıqlandı
Pensiya yaşına çatmadan vəfat edən şəxslərin pulu görün hara gedirmiş – Statistika açıqlandı
May ayında 14 gün İŞ OLMAYACAQ
May ayında 14 gün İŞ OLMAYACAQ
Bu tarixdən kəskin soyuqlar düşəcək, qar yağacaq
Bu tarixdən kəskin soyuqlar düşəcək, qar yağacaq
Nazirlər Kabinetindən QƏRAR: 27–31 yanvar tarixindən...
Nazirlər Kabinetindən QƏRAR:  27–31 yanvar tarixindən...
Misir Mərdanov bu vəzifəyə təyin edildi
Misir Mərdanov bu vəzifəyə təyin edildi
Kamran Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsində müşavirə keçirdi - FOTOLAR
Kamran Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsində müşavirə keçirdi - FOTOLAR
Yalnız bu şəxslər aptek işlədə biləcək – YENİ QƏRAR
Yalnız bu şəxslər aptek işlədə biləcək – YENİ QƏRAR
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb