Azərbaycan İdeyası

“AA 102” taksi şirkəti sürücünün sənədlərini girov saxlayıb

Tarix:26-05-2023, 17:28
Baxış Sayı:170

“AA 102” taksi şirkəti sürücünün sənədlərini girov saxlayıb
Azərbaycanda hamı bilir ki, AA seriyalı avtomobillər yüksək post tutan məmurlara məxsusdur, 102 rəqəmi isə Daxili İşlər Nazirliyinin zəng mərkəzinin çağrı nömrəsini yada salır. Yəqin “AA 102” taksi şirkətini təsis edənlər də ad seçərkən bəri başdan ucuz şöhrət qazanmaq üçün hərf və rəqəmlərlə manipulyasiya ediblər.
Amma əlbəttə ki, taksi şirkətinin imici müştərilərə necə xidmət göstərməsi və işə cəlb etdiyi sürücülərin rifahı ilə necə qayğılanması ilə əlaqədardır. Əgər müştəri xidmətdən, sürcü isə sosial vəziyyətindən gileylənirsə, şirkətin hansı adı daşımasının heç bir əhəmiyyəti yoxdur.
Masallı rayonu, Öncəqala kəndində qeydiyyatda olan, Bakı şəhəri Nərimanov rayonu S.Bəhlulzadə küçəsi – 122 ünvanda yaşayan Hüseynov Balağa Rohid oğlu ərizə ilə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək “AA 102” taksi şirkətindən şikayət etmişdir. Yazır ki, 02.02.2023-cü il tarixdə həmin şirkətlə müqavilə bağlayıb. Ona təklif olunub ki, şirkətə məxsus avtomobillə gündəlik 23-25 reyd etsə, qazancın 30 faizi ona əmək haqqı kimi veriləcək. Şirkət rəhbərliyini təmsil edən Samir adlı vəzifəli şəxs vəd edib ki, hər 15 gündən bir maaşı veriləcək. Hətta 26 reyd etdiyi günlər də olurmuş.
Lakin ona maaş vermirmişlər. Yazır ki, bütün sürücülər kimi o da bağladığı müqavilənin surətini tələb etsə də, verməyiblər. Deyiblər ki, hamı necə, sən də elə işləyəcəksən. Maaş vermədiklərinə görə ərizə yazıb müqaviləyə xitam verilməsini istəyib. Bu vaxt ona bildiriblər ki, bəs idarə etdiyi maşının mühərriyi dağıldığı üçün təmir üçün lazım olan 2000 AZN xərci ödəməlidir.
Müəllif yazır: “Soruşdum ki, necə olur, indiyədək borcum yox idi, işdən çıxmaq istəyəndə borcum ortaya çıxdı? Samir dedi ki, pulu gətirib ödəməyincə sənədlərini vermirəm. Artıq iki aydır ki, mənin şəxsiyyət vəsiqəm və sürücülük vəsiqəm şirkət idarəsində girov saxlanılır, ala bilmirəm. Odur ki, redaksiyadan qeyd etdiyim faktları ictimailəşdirməyi, geniş oxucu kütləsinə və aidiyyəti orqanlara çatdırmağı xahiş edirəm”.
Qeyd edək ki, vətəndaşlardan şəxsiyyət vəsiqəsinin müvəqqəti alınması halları Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında qanunun 6-cı maddəsi ilə tənzimənir. Qanuna görə, vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırıldıqda müvafiq icra hakimiyyəti orqanı, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti çağırışçının (kursantın) şəxsiyyət vəsiqəsini müvəqqəti alaraq hərbi xidmət başa çatanadək saxlamaq və sonra sahibinə qaytarmaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Barəsində həbs, ev dustaqlığı və ya girov qətimkan tədbirləri seçilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərdən şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqanlar tərəfindən müvəqqəti alınır və həmin şəxs haqqında iş üzrə icraata və ya şəxsi işə əlavə edilir. Göstərilən əsaslar aradan qalxdıqda isə şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır. Odur ki, vətəndaşdan qanunda göstərilən hallardan başqa şəxsiyyət vəsiqəsinin alınması, saxlanılması qanunsuzdur. Şəxsiyyət vəsiqəsi bir çox cinayətlərdə maddi sübut kimi istifadə oluna bilər. Kimsə başqasının şəxsiyyət vəsiqəsi ilə mobil nömrə ala və ya onu cinayət yerində qəsdən unuda bilər.
Güloğlan Hüseynov

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…