Azərbaycan İdeyası

Quba rayonunun hüquq-mühqafizə orqanları hara baxır?!

Tarix:11-07-2023, 15:14
Baxış Sayı:601

Quba rayonunun hüquq-mühqafizə orqanları hara baxır?!
Quba şəh,H.Əliyev küç,ev 180,mən,41 ünvanında yaşayan İsayev Talıb İbrahim oğlunun verdiyi məlumata görə onun keçmiş həyat yoldaşı Quba şəh,H.Əliyev küç,ev 180,mən,41 ünvanında İsayeva(Abdullayeva) Aygül Natiq qızı İsayev Talıbla birgə nigahda olduqları vaxt əldə etdikləri yaşayış evindən Talıbın əşyaları ilə birlikdə küçəyə atmışdır.Bu işdə Aygülə qardaşı Abdullayev Ellçin Natiq oğlu və digər ailə üzvləri kömək etmişlər.İsayebv Talıbın başına gətirilıən bu müsüibətlə əlaqədar Quba Rayon Polis İdarəsinə məlumat verilməsinin heç bir faydası olmamışdır.Korrupsiya və Qanun qəzetinin baş redaktoru X.Ə.Quliyeva İsayev Talıbın ərizəsinə əsasən Quba Rayon Polis İdarəsininİstintaq bölməsinin rəisi Bəhruz Musayevlə telefon vasitəsi ilə əlaqə saxlayaraq hadisə haqqında məlumat verdikdə,cavab olaraq bildirdi ki,iş bizim nəzarətimizdədi,oniu idarəyə çağıracağıq.Halbu ki,Talıbın verdiyi məlumata əsasən heç kim zəng vurmamış,hər dəfə iclas var deyərək müxtəlif bəhanələr gətirərək onu heç kim çağırmadı.Talıb da bununla əlaqədar,DİN və DTX-ya teleqram vurub.Lakin,ona qarşı törədilmiş bu cinayətlə əlaqədar heç bir hüquq mühafizə orqanı tərəfindən heç bir tədbir görülməmi.dir.Odur ki,Talıb redaksiyadan xahiş edir ki, başına gətirilən bu hadisə ilə əlaqədar qəzetimizdə bu hadisənin ictimailəşdirilməsində kömək edək.
Etibarlı mənbələrdən redaksiyamıza daxil olan məlumata əsasən 15-16 İyun tarixində Quba rayonunun Qaraçay kənd sakini Abdullayev Elçin Natiq oğlu öz əmisi oğlu Abdullayev Murad Zöhrab oğlunu öz maşını ilə qəsdən vurub.Sonradan yaxınlıqda olanların və polisin köməkliyi ilə Murad xəstəxanaya çatdırılıb.Polislərin yanında Abdullayev Elçin öz-özünə sinəsindən bıçaq zərbələri ilə xəsarət yetirib.Xəstəxanaya salınan Elçinin sinəsindən tikiş düşüb.Verilən Məlumatlara görə hadisəyə səbəb Elçinlə Muradın arasında yaranmış ailə-məişət problemi olmuşdur. Bu səbəbdən Elçinlə Murad arasında münaqişə baş vermişdir.Etibarlı mənbənin verdiyi məlumata görə,Muradın səhhəti tez-tez dəyişdiyinə görə,onu,Bakı şəhərinə xəstəxanaya göndəriblər.Quba rayon polis idarəsində hadisə ilə əlaqədar hazırda araşdırmalalr aparılır.

Qəzetimizin baş reaktoru və təsisçisi Xuraman xanım Quliyeva Quba Rayon Polis İdarəsi ilə əlaqə saxlamış,idarənin İstintaq bölməsinin rəisi Bəhruz Musayev işin nəzarətdə olduğunu söyləmiş və vətəndaş İsayev Talıbın idarəyə gəlməsini və onunla əlaqə saxlamasını bildirmişdir.Lakin,İsayev Talıb ona bir neçə dəfə zəng vurmuş ki,mən nə vaxt gəlim,görüşdən yayınmışdır.Buna gförə də İsayev Talıb nəinki,öz yaşadığı evinə qayıda bilməmiş və hələdə keçmiş həyat yoldaşı Aygül və qohumları tərəfindən təhqir olunur,təqibə məruz qalıb.
Odur ki,İsayev Talıb redaksiyadan göstərdiyi faktları ictimailəşdirməyi və aidiyyatı qurumlara çatdırıb hüquqlarının bərpasında köməklik göstərilməsini xahiş etmişdir.

Korrupsiya və Qanun.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı