Azərbaycan İdeyası

Azərbaycanda biznesmen piyadanı vurub özünü asdı

Tarix:9-03-2023, 14:27
Baxış Sayı:286

Azərbaycanda biznesmen piyadanı vurub özünü asdı
Azərbaycanda intihar hadisəsi baş verib.

Hadisə martın 8-də Quba rayonunun İspik kəndində qeydə alınıb. Kənd sakini 36 yaşlı İntiqam Əlimuradov meşədə özünü asıb.

Araşdırmalar zamanı İ.Əlimuradovun intihar etməsinə yol-nəqliyyat hadisəsini törətməsi səbəb olub.

Belə ki, o, martın 6-da Quba şəhəri ərazisində idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən 50 yaşlı Rövşən Ağayevi vurub. Hadisədən şoka düşən İ.Əlimuradov ərazidən qaçaraq meşədə özünü asıb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Azərbaycanda piyadanı vurub, daha sonra intihar edən şəxs biznesmen imiş.
Əldə etdiyimiz məlumata görə, dünən səhər saatlarında rayonun İspik kənd sakini olan 1987-ci il təvəllüdlü İntiqam Əlimuradovun meyiti Qəçrəş yaxınlığında, meşəlik sahədə tapılıb. Onun Qəçrəşdə yerləşən restoranlardan birinin rəhbəri olduğu məlum olub.

Araşdırmalar zamanı, həmçinin üzə çıxıb ki, martın 6-sı saat 16 radələrində İ.Əlimuradov Quba şəhərində avtomobil qəzası törədib. Belə ki, həmin vaxt o, idarə etdiyi “Niva” markalı 40-BB-011 dövlət qeydiyyat nişanlı avtomobillə piyada, 1973-cü il təvəllüdlü Rövşən İslam oğlu Ağayevi vurub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Bundan sonra İ.Əlimuradov hadisə yerindən uzaqlaşıb və polisə izahat verməyib.

Xəstəxanaya yerləşdirilmiş R.Ağayevin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?