Azərbaycan İdeyası

Lənkəranda soyğunçuluq edən qadın saxlanılıb

Tarix:13-07-2023, 10:32
Baxış Sayı:330

Lənkəranda soyğunçuluq edən qadın saxlanılıb

Lənkəranda soyğunçuluq edən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran rayonunun Velədi kəndində yerləşən evlərdən birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Lerik rayon sakini, əvvəllər məhkum olunmuş Bağdagül Səmədova saxlanılıb. Məlum olub ki, yaşayış evinə oğurluq məqsədilə daxil olan həmin şəxs ev sahibinin azyaşlı övladının orada olduğunu görsə də, əməlini davam etdirib və tapdığı pul, qızıl-zinət əşyalarını götürərək uzaqlaşıb. Məlumat daxil olduqdan dərhal sonra Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri ilə B.Səmədova rayon ərazisində saxlanılıb, soyğunçuluq yolu ilə ələ keçirdiyi qızıl-zinət əşyaları onda aşkarlanaraq maddi sübut kimi götürülüb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır. B.Səmədovanın analoji cinayət əməllərindən zərər çəkən başqa şəxslər varsa, aidiyyəti üzrə polis orqanına məlumat vermələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı