Azərbaycan İdeyası

Abşeronda 200-dən çox ailə dələduzluq faktı ilə üzləşib

Tarix:31-07-2023, 10:08
Baxış Sayı:237

Abşeronda 200-dən çox ailə dələduzluq faktı ilə üzləşib
Abşeronda 200-dən çox ailə dələduzluq faktı ilə üzləşib.

Məlumata görə, Qobu qəsəbəsinin yeni yaşayış massivində evlərə su xəttinin çəkilməsi üçün hər ailədən 650 manat məbləğində pul yığılıb, lakin sonradan həmin vəsait mənimsənilib.

Məlum olub ki, həmin ərazidə yaşayan üç nəfər - Akif, Vaqif və Araz adlı şəxslər birləşərək “Azərsu” ASC-nin adından ümumilikdə 84 min manat pul toplayıblar.

Sakinlərin sözlərinə görə, Akif, Vaqif və Araz topladıqları vəsaiti podratçı təşkilata verdiklərini desələr də, bu vaxta qədər onların evlərinə su xətti çəkilməyib.

Adı dələduzluq faktında hallanan Vaqif Eynalov və Akif Əliyev açıqlamasında bildiriblər ki, onlar da digər sakinlər kimi hadisənin qurbanıdırlar. Onlar da vəsaiti Araz adlı şəxs vasitəsilə podratçı təşkilata veriblər. Əslində isə heç podratçı təşkilat belə yox imiş.
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı təsdiqləyib ki, həmin ərazidə yaşayan sakinlər bir neçə şəxsin dələduzluğu ilə üzləşiblər. Yeni yaşayış massivində mövcud su şəbəkəsi yoxdur və oraya su xəttinin çəkilməsi ilə bağlı adıçəkilən quruma heç bir müraciət daxil olmayıb.

Sakinlər bildiriblər ki, mövcud məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Hazırda iş üzrə araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı