Azərbaycan İdeyası

Polis sahə müvəkkili Vətən müharibəsi veteranının anasını döydü

Tarix:8-09-2023, 14:59
Baxış Sayı:461

Polis sahə müvəkkili Vətən müharibəsi veteranının anasını döydü
Xatırladaq ki, Bakı şəhəri, Səbail rayonu, İsrail Məmmədov küçəsi , 3 ünvanda yaşayan Omarova Mətanət Kazım qızı ərizə ilə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək, qeyri-leqal cəlb olunduğu iş yerində məvacibinin kəsildiyini və təhqir olunaraq döyüldüyünü bildirmişdi.
O, qabyuyan işlədiyi Səbail rayonu, “20-ci sahə” deyilən ərazidə yerləşən “Çinarə” kafesində müdirə Könül adlı qadın, Adəm, Elburus adlı kişilər tərəfindən 8 iyun 2023-cü il tarixdə dərman qatılmış “fanta” içirdilərək huşdan getdiyini, sonra isə döyüldüyünü, Səbail RPİ-nin 8-ci Polis Bölməsində isə onun müraciətinə qeyri-həssas yanaşıldığını iddia edib. Ələlxüsus da sahə müvəkkili Anar adlı polis əməkdaşının laqeydliyindən şikayətlənmişdi.
Mətanət Omarova redaksiyaya həmçinin oğlunun Vətən müharibəsi veteranı olduğunu, medallarla təltif edildiyini, mükafatlandırıldığını deyərək, başına açılan müsibətin media vasitəsilə ictimailəşdirilməsini, aidiyyəti orqanlar qarşısında məsələ qaldırılmasını redaksiyamızdan xahiş etmişdi. Omarovanın isnad verdiyi ünvandakı kafeyə yollanıb müşahidə etdiklərimizi də oxucularımızla bölüşmüşdük. Rastlaşdığımız sakinlərdən öyrənmişdik ki, obyektin sahibi yaşlı adamdır. Kafeni Könülə icarəyə verməsinə peşman olub. Çünki öyrənibmiş ki, hücrələrdə yüngül əxlaqlı qadınlarla kişilərin görüşü təşkil edilirmiş. Belə qənaətə gəlmək olurdu ki, iaşə xidmətinin qeyri-qənaətbəxş olduğu, ən adi sanitariya qaydalarına riayət edilmədiyi bu kafenin deyəsən elə əsas gəlir mənbəyi də məhz o hücrələrdir. Kafe sahibinin oğlu dəfələrlə gəlib Könülgillə mübahisə edib, onlara haram qazanc lazım olmadığını deyib, ciddi xəbərdarlıq edib. Həmçinin, aydın olmuşdu ki, sahə müvəkkilinin əyləşdiyi polis məntəqəsi sözügedən kafe ilə üz-bəüzdür.
“Korrupsiya və Qanun” qəzeti bu mövzuda 31 avqust 2023-cü il tarixli 07(99)-cu nəşrində 5-ci səhifədə “Vətən müharibəsi veteranının anasını döydülər – “20-ci sahə”dəki “Çinarə” kafesindəki hücrələrdə nə baş verir?” sərlövhəli məqaləyə dərc etdi və qəzetin bir nüsxəsini müşayiətedici məktubla Daxili İşlər Nazirliyinə göndərdi. Məktubda inam ifadə etmişdik ki, M.Omarovanın şikayəti araşdırılacaq, nəticə barədə redaksiyamızın məlumatlandırılması təmin olunacaq.
Sentyabrın 4-də vətəndaş M.Omarova həyəcanlı halda redaksiyamıza gəlib yenidən, bu dəfə artıq polis tərəfindən döyüldüyünü bildirdi. Onun danışdıqlarını video-qeydəm aldıq. Demə, M.Omarova Daxili İşlər Nazirliyinin binasına gedərək, haqq səsinin boğulduğunu Nazirliyin yüksək vəzifəli şəxslərinə bildirmək istəyirmiş və elan edib ki, onu qəbul etməsələr, elə Nazirliyin qarşısındaca özünü yoldan keçən maşının altına atıb intihar edəcək. Polis işçiləri onu dilə tutub özünəqəsd fikrindən daşındırmağa çalışıblar və binaya dəvət edib izahatını alıblar. Sonra isə “aidiyyəti üzrə” Səbail RPİ-nin 8-ci PB-nə zəng vurublar. Mətanət xanım Nazirliyə glən 8-ci PB-nin əməkdaşlarına təhvil verilib. Onun sözlərinə görə, bölməyə çatan kimi onu bağlı qaıpı arxasında saxlayıblar. Onu ilk olaraq PB rəisinin müavini acılayıb, təhqiqatçıya zəng edib ki, gəlib onu məhkəməyə aparsın. Sonra isə sahə müvəkkili Anar gəlib çıxıb. Özü də “gəlib – nə gəlib?”. Qadına “dişinin dibindən çıxanı” deyib və başlayıb əzişdirməyə: “Mənə bir –iki möhkəm yumruq vurdu, rəis müavini və başqa polis əməkdaşları güclə məni onun əlindən aldılar. Mənə dedilər ki, işə məhkəmə baxmalıdır. Dedim vəkilsiz getməyəcəyəm, həm də barəsində şikayət etdiyim o üç nəfərin üçü də iştirak etməlidirlər. Çağırdılar, yalnız Könül gəldi. Onunla sözlü mübahisəmiz oldu. Dedilər ki, məhkəmənin birinci mərhələsində kafe müdiri kimi Könülün iştirakı kifayət etməlidir, qalanlarının sonra bir-bir gətirilməsi təmin olunacaq. Yenə də etiraz etdim. Sahə müvəkkili Anar yenə çığır-bağır elədi. Dedim kafedən aylıq 100 manat pul alırsan deyə onları müdafiə edirsən. Dedi “əcəb edirəm, lap elə 100 yox, 1000 manat alıram, sənə nə var?”. Həm də dedi ki, “dayım oğlanları şəhid olublar, mənə heç nə eləməzlər”. Mən də xatırlatdım ki, məktəbdə bir parta arxasında əyləşdiyim xalam oğlu 20 Yanvar şəhididir. Xəbərdarlıq etdim ki, cənab Prezidentimiz polisə asayişin keşiyində dayanmağı, vətəndaşların hüquqlarını qorumağı tapşırıb, daha onları döyməyi yox. Məni aşağı düşürüb məhkəməyə aparmağa hazırlaşdıqları vaxt fürsət tapıb qaçdım və bura (redaksiyaya – “KQ”.) gəldim...”
Redaksiya olaraq Nazirliyin məsələyə rəsmi münasibətini gözləyirik.
Əsli ilə doğrudur.
“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…