Azərbaycan İdeyası

Bakıdakı yataqxanada tavan dünən, həyat isə çoxdan çökübmüş... FOTOLAR

Tarix:9-08-2016, 10:44
Baxış Sayı:474

Bakıdakı yataqxanada tavan dünən, həyat isə çoxdan çökübmüş... FOTOLAR
Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu Şüvəlan qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı "Energetika yataqxanası"ında yerləşən evlərinin birinin tavanı çöküb. Hadisə nəticəsində otaqda məskunlaşan ailənin iki üzvü - Şəhla Məmmədova və 5 yaşlı uşağı xəsarət alıb. “Qafqazinfo”nun əməkdaşları sözügedən yataqxanaya gedərək vəziyyətlə tanış olublar.

Məlum olub ki, məcburi köçkünlər 25 ildir ki, həmin binada yaşayırlar. Əvvəllər bina yaşanılası vəziyyətdə olsa da, son illər artıq bərbad vəziyyətə düşüb. Yataqxanada antisanitar vəziyyət hökm sürür. Elə bu səbəbdən də bu günlərdə 6 aylıq uşaq dünyasını dəyişib. 136 ailənin məskunlaşdığı uçuq-sökük yataqxanada siçovulların, zərərli həşəratların, üfunət qoxusunun əlindən dayanmaq mümkün deyil. Uşaqların, valideynlərin bədənləri yara töküb.

Şuşadan olan məcburi köçkün Xocayeva İlduzə bildirib ki, dəfələrlə aidiyyatı qurumlara problem barədə müraciət edilib: “Bir neçə dəfə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binanın qəzalı vəziyyətdə olduğunu deyiblər. Burada bir dəqiqə belə yaşanılası deyil. Bütün uşaqların, o cümlədən bizim həyatımız təhlükədədir. Hər an hansısa qəlpə uçub başımıza düşə bilər.

Ötən ay nəvəmin başına qəlpə düşdü, 8 yerdən tikiş qoydular. 3 ay bundan əvvəl Qaçqınkomdan dedilər ki, veşlərinizi yığın, sizi köçürdəcəyik. 3 gün əvvəl də gəlib eyni sözü dedilər. Hamı “veş-vüş”ünü yığıb. Amma köçürdən yoxdur. Bizi Nazirlər Kabinetinin yanına getməyə qoymurlar. Cənab prezidentdən xahiş edirik ki, acınacaqlı vəziyyətimizi nəzərə alsın, dözülməz həyat şəraitindən bizləri xilas etsin”.
Bakıdakı yataqxanada tavan dünən, həyat isə çoxdan çökübmüş... FOTOLAR

Ötən gün uşağı xəsarət alan ev sahibi Rəsul Məmmədov hadisənin baş vermə anından danışıb: “Axşam çörək yediyimiz yerdə tavandan iki-üç daş uşağın başına töküldü. Pol taxtasını tavana vurdum. Şarıltıyla bir kilo yarımlıq daşlar töküldü. Uşağı xəstəxanaya çatdırdıq. İndi qorxusundan evə gəlmək istəmir”.

Qeyd edək ki, çəkiliş zamanı Fövqəladə Hallar Nazirliyinin, Xəzər rayonu İcra Kakimiyyətinin nümayəndələri də hadisə yerinə gəldilər. Ancaq FHN-in rəsmisi binadakı vəziyyətlə bağlı suallarımıza cavab verməkdən imtina etdi.
Bakıdakı yataqxanada tavan dünən, həyat isə çoxdan çökübmüş... FOTOLAR
Bakıdakı yataqxanada tavan dünən, həyat isə çoxdan çökübmüş... FOTOLAR
Bakıdakı yataqxanada tavan dünən, həyat isə çoxdan çökübmüş... FOTOLAR
Bakıdakı yataqxanada tavan dünən, həyat isə çoxdan çökübmüş... FOTOLAR

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama