Azərbaycan İdeyası

Azad edilmiş ərazilərdə işləyənlərin NƏZƏRİNƏ: Bəzi şəxslərə hər ay əlavə pul veriləcək

Tarix:21-05-2026, 18:00
Baxış Sayı:8


Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan, qeydiyyat ünvanı iş (xidmət) yerindən 50 km-dən artıq uzaqda yerləşən (hərbi qulluqçulara münasibətdə bu şərt nəzərə alınmadan) əməkdaşları üçün mənzil kirayəsinə görə hər ay 100 manat məbləğində vəsait ödəniləcək.

Oxu.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan əməkdaşları üçün mənzil kirayəsi xərclərinin ödənilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Qərar imzalayıb.

Qərara əsasən, bu vəsait işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan ailə üzvlərindən yalnız biri üçün ödənilir.

Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan, qeydiyyat ünvanı iş (xidmət) yerindən 50 km-dən artıq uzaqda yerləşən (hərbi qulluqçulara münasibətdə bu şərt nəzərə alınmadan) əməkdaşları ilə birlikdə yaşayan və 3 nəfərdən artıq olmamaqla hər bir ailə üzvü üçün isə 50 manat məbləğində əlavə vəsait ödənilir.

Bu Qərar işğaldan azad edilmiş ərazilərində xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə şamil edilmir.

Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?