Azərbaycan İdeyası

Mənli günlərini yada salarsan

Tarix:Dünən, 08:20
Baxış Sayı:3

Hərdən gələr olsan məzarım üstə,
Əlində dağlardan gül gətirərsən.
Gülləri, çiçəyi bağlayıb dəstə,
Dağlardan gözündə sel gətirərsən.


Baş daşımı dəsmalınla silərsən,
Baxarsan şəklimə, acı gülərsən.
Onda mənsizliyi yaxşı bilərsən,
Deyib ağlamağa gül gətirərsən.

Boylana-boylana tənha qalarsan,
Təsəllini sən rəsmimdən alarsan.
Mənli günlərini yada salarsan,
Ağlayıb, ağlayıb yatarsan mənsiz.

Məzahir


(Zəngilan torpağının ləyaqətli övladı Zəminə Məhərrəmova ilə mətbuatdan tanışam, illərin yaxın dostlarıyıq. Bu yaxınlarda eşitdim ki, bacısı Nailə xanım dünyasını dəyişib. Allahdan rəhmət dilədim. Üstündən bir müddət keçdikdən sonra Zəminə xanım bildirdi ki, yeznəsi Məzahir bəy həyat yoldaşına şeir həsr edib, öz sevgisini misralarla qeyd edib və onsuzluğu bir an belə unuda bilmir. Bu şeirinin mətbuatda çap edilməsini istəyir. Budur, həmin şeiri Zəminə xanımın xahişilə çap edirik. “Korrupsiya və Qanun” qəzetinin baş redaktoru Xuraman xanım Quliyevaya öz adımdan təşəkkürümü bildirirəm.)

Təqdim etdi: Daşdəmir ƏJDƏROĞLU

OXŞAR XƏBƏRLƏR
Dostlarım
Dostlarım
Konstitusiya Məhkəməsinin səlahiyyətləri əgər bu qədər məhduddursa...
Konstitusiya Məhkəməsinin səlahiyyətləri əgər bu qədər məhduddursa...
Mənli günlərini yada salarsan
Mənli günlərini yada salarsan
Zirzəmidə yağış suyuna qərq olan avtomobilə dəyən ziyanı kim qarşılayacaq?
Zirzəmidə yağış suyuna qərq olan avtomobilə dəyən ziyanı kim qarşılayacaq?
Əsər kimindir – professor Elşad Abdullayevin, yoxsa professor Gi Brebanın?
Əsər kimindir – professor Elşad Abdullayevin, yoxsa professor Gi Brebanın?
DOST mərkəzində düşmən münasibətlə üzləşib
DOST mərkəzində düşmən münasibətlə üzləşib
İrəli, irəli, İlhamla irəli!
İrəli, irəli, İlhamla irəli!
Birinci Qarabağ savaşının mülki şəhidi Paşa Quliyevin ailəsi haqq etdiyi statusu almalıdır
Birinci Qarabağ savaşının mülki şəhidi Paşa Quliyevin ailəsi haqq etdiyi statusu almalıdır