
Samuxda çobanın meyiti tapılıb.
Hadisə rayon ərazisində yerləşən yaylaqlardan birində qeydə alınıb.
Belə ki, Füzuli kənd sakini, 1969-cu il təvəllüdlü Zöhrab İlyasovun meyiti aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalara başlanılıb.