Yanacaqdoldurma məntəqələrinin (YDM) fəaliyyəti nəqliyyatın hərəkətini təmin etməklə iqtisadiyyata və gündəlik həyata xidmət edir, lakin həm də ekoloji və təhlükəsizlik riskləri daşıyır. YDM-lər avtomobillərin fasiləsiz işləməsini, logistikanı və sərnişin daşınmasını təmin edir, yeni iş yerləri yaradır, vergi gəlirlərini təmin edir və əlaqəli sahələri dəstəkləyir.
Nəqliyyat vasitələri sahibləri, avtomobil sürücüləri arasında keçirdiyimiz sorğunun nəticələri göstərir ki, YDM-lər arasında fəaliyyəti təqdir olunan məntəqələr sırasında “Günəş Petrol” firmasına məxsus olanların fəaliyyəti müştərilərdə məmnunluq doğurur.
Paytaxtın Xətai rayonunda 8 Noyabr küçəsində Hərbi Qənimətlər Parkı ilə üzbəüz nahiyədə yerləşən yanacaqdoldurma məntəqəsinin müştəri ilə birbaşa əlaqə quran, yəni onunla əmtəə-pul münasibətlərinə girən, dəqiqləşdirmələr aparan operatorları peşə fəaliyyətlərində bilik tələb edən texniki cəhətdən mürəkkəb və təhlükəli avadanlıqdan məharətlə istifadə edirlər. Bu, kifayət qədər texniki savad, məsuliyyət, diqqət, səbr, ünsiyyət və mübahisəli vəziyyətlərini anlaşma yolu ilə həll etmək bacarığı tələb edir ki, operatorlar bunun öhdəsindən bacarıqla gəlirlər.
Əldə etdiyimiz məlumatlara görə, “Günəş Petrol” firması eyni profilli müəssisələr arasında yanacağın çəkisi, keyfiyyəti və sayğaclarla bağlı problemlərlə bağlı haqqında ən az şikayət edilən şirkətdir.
“Günəş Petrol” bütün sürücüləri yanacaqdoldurma məntəqələrində təhlükəsizlik qaydalarına riayət etməyə çağırır:
Yanacaqdoldurma məntəqəsində təhlükəsizlik, həm şəxsi, həm ictimai məsuliyyət tələb edir. Kiçik bir səhlənkarlıq böyük faciəyə səbəb ola bilər. Buna görə hər bir vətəndaş bu qaydalara əməl etməli və ətrafındakıları da bu mövzuda maarifləndirməlidir. Təhlükəsizlik, təkcə yanacaqdoldurma məntəqəsinin işçilərinə aid məsuliyyət deyil. Sürücülər, sərnişinlər və hətta ətrafdan keçən insanlar da öz davranışları ilə bu təhlükəsizliyin qorunmasında iştirak etməlidirlər.
1. Açıq alovdan istifadə qadağandır!
Siqaret çəkmək, alışqan və ya kibrit istifadə etmək qəti qadağandır.
2. Mobil telefonlardan istifadə etməyin!
Elektron cihazlar (xüsusilə mobil telefonlar) qığılcım yarada bilər.
3. Avtomobili söndürmədən yanacaq doldurmaq olmaz!
Mühərrik işlək vəziyyətdə olduqda yanacaq doldurmaq partlayış təhlükəsi yaradır.
Beləliklə, sadə görünən bu qaydalar əslində həyat qurtarır. Ona görə də təkcə bu qaydalara özümüz əməl etməklə kifayətlənməməli, ətrafımızdakı insanlara da nümunə olmalı və onları maarifləndirməliyik.