Azərbaycan İdeyası

Donald Tramp jurnalistlərə söz atdı: "Mən gedəndən sonra yazmağa xəbər tapmayacaqsınız"

Tarix:Bu gün, 13:00
Baxış Sayı:0

Donald Tramp jurnalistlərə söz atdı: "Mən gedəndən sonra yazmağa xəbər tapmayacaqsınız"
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp siyasi fəaliyyətinə son qoyduqdan sonra əksər ABŞ mediasının iflasa uğrayacağını iddia edib. Onun fikrincə, buna səbəb jurnalistlərin işıqlandırmaq üçün başqa maraqlı mövzu və ya şəxs tapa bilməyəcəyidir.

Bu barədə o, Ağ Evdə akkreditasiyadan keçmiş Müxbirlər Assosiasiyasının təşkil etdiyi qəbulda çıxış edərkən deyib.
"Nə qədər bəxtinizin gətirdiyini təsəvvür belə edə bilməzsiniz. Mən vəzifədən getdikdə hamınız iflas edəcəksiniz. Sizin biznes modeliniz tamamilə çökəcək. Mən mətbuatın gündəmindən düşəndə hamınız müflis olacaqsınız, çünki haqqında yazmağa adam tapmayacaqsınız. Digər insanlar heç kimin marağında deyil", - deyə Ağ Ev lideri qeyd edib.

Tramp, eyni zamanda, ABŞ mətbuatının onun barəsində daha çox mənfi çalarda xəbərlər dərc etdiyini də vurğulayıb.

ABŞ Prezidenti, həmçinin onu da bildirib ki, şəxsi telefon nömrəsini düşünmədən mətbuat nümayəndələrinə verdiyi üçün indi hər 3.7 dəqiqədən bir zəng qəbul edir. Dövlət başçısı bu vəziyyəti belə izah edib:

"Mən dedim: "Bilirsiniz, nə edəcəyəm? Mən şəxsi telefon nömrəmi mətbuata verəcəyəm". Bu, mənim həyatımda atdığım ən səfeh addımdır. Onlar mənə hər 3.7 dəqiqədən bir zəng edirlər".

Tramp bu addımının səbəbini daşınmaz əmlak sahəsində fəaliyyət göstərərkən media nümayəndələrinin tez-tez müraciət etməsinə alışması ilə əlaqələndirib. O əlavə edib ki, prezident seçildikdən sonra uzun müddət jurnalistlərdən zəng gəlməməsi onu çox təəccübləndirib.

OXŞAR XƏBƏRLƏR
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Donald Tramp jurnalistlərə söz atdı: "Mən gedəndən sonra yazmağa xəbər tapmayacaqsınız"
Donald Tramp jurnalistlərə söz atdı: "Mən gedəndən sonra yazmağa xəbər tapmayacaqsınız"
Xərçəng riskini azaltmağın yolları açıqlandı: Rusiyalı akademikdən mühüm tövsiyələr
Xərçəng riskini azaltmağın yolları açıqlandı: Rusiyalı akademikdən mühüm tövsiyələr
ABŞ qaz daşıyan tankeri vurdu: Ölənlər var
ABŞ qaz daşıyan tankeri vurdu: Ölənlər var
Itkinizə üzgünük
Itkinizə üzgünük