Sonsuz qayğıları, təbəddülatları ilə çarpışan narahat dünyamızda “sabitlik adası” olan Azərbaycanımızın bütün bölgələri öz ahəngdar ritmi ilə yaşayır, həyat öz rəvan axarı ilə davam edir. Vətəndaşlar həm faydalı məşğulluqlarını təmin etmək, həm də asudə vaxtlarını səmərəli keçirmək üçün dövlətimizin yaratdığı bol imkanlardan faydalanırlar. Yaradıcı insanlar kreativ ideyalar reallaşdırır, iş adamları maraqlı layihələr həyata keçirirlər.
İmişlidə rayonu ərazisində, Bəhrəmtəpə yolunun üstündə yerləşən "Fərqli Dad" adlı ailəvi restoranın fəaliyyəti müştərilərdə məmnunluq doğurur. Bu məkan əsasən milli mətbəx, səhər yeməyi və ailəvi istirahət üçün nəzərdə tutulub. Məkanın təqdim etdiyi əsas xidmətlər bunlardır: Zəngin yerli və Azərbaycan mətbəxi nümunələri; ailələr üçün rahat yay terrası və xüsusi VİP zallar; tədbir və banketlərin təşkili üçün uyğun şərait və s.
Ziyarətçilər gözəl yeməklərdən və rahat atmosferdən zövq ala, istirahət edə, dostları və ya ailəsi ilə vaxt keçirə bilərlər. Tanınmış iş adamı Məhyəddin Qafqaz oğlu Behbudovun ərsəyə gətirdiyi bu iaşə müəssisəsi başqalarına göstərilir. Burada Azərbaycan mədəniyyətinin ən yaxşı ənənələrində ad günü, nişan mərasimləri keçirə, həmkarlarınızla korporativ ziyafət təşkil edə bilərsiniz. Bizlər – keçmiş sinif yoldaşları, İmişli rayon keçmiş 1 May qəsəbə orta məktəbinin (Hazırki Rəhim Alışov adına Bəhrəmtəpə qəsəbə tam orta məktəbi) 1972-ci il məzunları şagird yoldaşımız Qızbəs xanımın 70 illik yubileyini məhz bu məkanda keçirdik və seçimimizdən çox razı qaldıq.
Restoranda qonaqları unudulmaz istirahət və inanılmaz dərəcədə dadlı yeməklər gözləyir. “Fərqli Dad”ın zəngin və çeşidli menyusunun təamları və rahat ab-havası hər kəsin zövgünü oxşayır. Burada infrastruktur baxımından da hər şey nəzərə alınıb, restoranın özünün xüsusi parkinq yeri də var.
Milli mətbəxin peşəkar aşpazları tədbirin qastronomik hissəsinə cavabdehdirlər. Siz zəngin milli mətbəxin ən yaxşı təamlarını dada, geniş süfrə arxasında sevdiklərinizlə vaxt keçirə bilərsiniz.
Otel-restorana qonaq olanlar gülərüz personalın keyfiyyətli xidmətindən ağızdolusu danışır, razılıq edirlər. Odur ki, ölkəmizin gözəlliyini, xalqımızın qonaqpərvərliyini layiqincə təmsil edən İmişlinin qonaqlarını yolu məhz “Fərqli Dad” restoranından salmağa dəvət edirik.
TƏBRİK EDİRİK!
Qızbəs xanımı 70 illik yubileyi münasibətilə keçmiş sinif yoldaşları, İmişli rayon keçmiş 1 May qəsəbə orta məktəbinin (Hazırki Rəhim Alışov adına Bəhrəmtəpə qəsəbə tam orta məktəbi) 1972-ci il məzunları Əşrəf, Razı, Şahin, Məhəmmədəli, Zahir, Zahid, Nəsib, Adil, Validə Ağayeva, Validə Quliyeva, Xuraman Quliyeva, Yaqut Xələfova, Sara, Zəhra, Tamella, Gülafiyə, Arifə və Rahilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, əzizlərinin əhatəsində xoşbəxt günlər arzulayırlar.
Bu təbrikə Xuraman Quliyevanın baş redaktoru olduğu “Korrupsiya və Qanun” qəzetinin kollektivi də qoşulur.