Azərbaycan İdeyası

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Tarix:Bu gün, 09:00
Baxış Sayı:1

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur.

Bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb.
Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edib və tarixi Zəfər qazanıb. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olub.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlanıb.

Cəmi 23 saat 43 dəqiqə davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Qeyd edək ki, 20 Sentyabr - Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günüdür.

OXŞAR XƏBƏRLƏR
Dövlətçilik tariximizin şanlı salnaməsi
Dövlətçilik tariximizin şanlı salnaməsi
Hava dəyişir: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Hava dəyişir: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"
Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"
Tramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb
Tramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB