Azərbaycan İdeyası

Azərbaycanda nə qədər erməni yaşayır? – RƏSMİ

Tarix:10-01-2017, 13:56
Baxış Sayı:331

  Azərbaycanda nə qədər erməni yaşayır? – RƏSMİ

Azərbaycanda ermənilər təkcə işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaşamırlar. Hazırda Qarabağ istisna olmaqla, Azərbaycanın müxtəlif rayon və şəhərlərində erməni əsilli Azərbaycan vətəndaşları yaşayır. Bəzi məlumatlarda Bakı şəhərində 30 min erməninin yaşadığı bildirilir. Amma bu rəqəmlər rəsmi şəkildə öz təsdiqini tapmayıb.
Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları da müxtəlif vaxtlarda beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərdə ölkəmizdə 20-30 min civarında erməninin yaşadığını bəyan ediblər.
Bakıda yaşayan ermənilərin böyük bir hissəsi ad və soyadlarını dəyişərək özlərini rus, yaxud da yəhudi kimi təqdim edirlər. Əksər hallarda onlar öz mənşələrini gizlətməyə çalışırlar. Hazırda daha çox Bakıda yaşayan ermənilər yaşlı nəslin nümayəndələridir.
Ümumilikdə, Azərbaycanda nə qədər erməni yaşayır?
Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin müdiri Rafael Süleymanov AzVision.az-ın sorğusuna cavab olaraq bildirib ki, əhalinin milli tərkibi haqqında məlumatlar yalnız 10 ildən bir keçirilən əhalinin siyahıyaalınması nəticəsində əldə edilir.
1989-cu il əhalinin siyahıyaalınmasının yekunları əsasında aparılmış ekspert hesablamaları nəticəsində Dağlıq Qarabağ regionunda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının sayı 120 086 nəfər təşkil edib və 2009-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının yekunlarına əsasən Dağlıq Qarabağ istisna olmaqla ölkənin digər ərazilərində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının sayı 220 nəfər olub. Onların əksəriyyəti (104 nəfər) Bakı şəhərində məskunlaşıblar.
R. Süleymanov onu da qeyd edib ki, beynəlxalq metodologiyaya görə əhalinin siyahıyaalınması zamanı sorğu olunan şəxslərdən heç bir sənəd tələb olunmur və hər bir şəxs milliyyətini özü müəyyən etməklə sorğunu aparan şəxsə bildirir.
Komitə rəsmisi onu da qeyd edib ki, erməni əsilli Azərbaycan vətəndaşlarının hansı vəzifədə çalışdıqları ilə bağlı göstəricinin Dövlət Statistika Komitəsində statistik müşahidəsi aparılmır.

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib