Azərbaycan İdeyası

“Google”da Azərbaycan ərazilərinin erməni adları ilə təqdim edilməsinə etiraz olaraq petisiya yaradılıb

Tarix:29-05-2016, 15:20
Baxış Sayı:646

“Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu” İB “Google” axtarış sisteminin “Google Map” bölməsində Azərbaycanın ərazi vahidlərinin erməni adları ilə təqdim olunmasına etiraz etmək məqsədi ilə imzatoplama kampaniyasına start verib.

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı petisiya change.org saytında yerləşdirilib:

(https://www.change.org/p/google-do-not-exchange-the-names-of-azerbaijani-territories)

Təşkilatçılar Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın tarixi ərazilərinin adlarının təhrif olunmasını aradan qaldırmağı və “Google” xəritələrində həmin yer adlarının Azərbaycan mənşəli adlarla istifadə edilməsini tələb edirlər. Onlar bunun bütün beynəlxalq konvensiyalar, qərarlar və qanunlara zidd olduğunu qeyd edirlər.

Məsələ ilə bağlı “Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu” İB sədri Zaur Qəriboğlu ilə əlaqə saxladıq.

İctimai Birliyin sədri petisiyanın başladılmasının səbəbini belə açıqladı: “20 ildən artıqdır ki, Azərbaycanın tarixi torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu müddət ərzində Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin coğrafi adları işğalçı Ermənistan və qondarma "Dağlıq Qarabağ Respublikası"nın erməni adları ilə dəyişdirilib. Araşdırmalar nəticəsində müəyyən olunub ki, Azərbaycan mənşəli təqribən 277 coğrafi yer adı mərhələli şəkildə dəyişdirilib. Ermənilər Azərbaycan mənşəli yer adlarının dəyişdirilməsini həyata keçirir və bunu müxtəlif yollarla edir. Bəzi adlar keçmiş Sovet İttifaqı zamanı istifadə olunan erməni variantında saxlanılıb. Bir neçə yerin adı hərfi tərcümə nəticəsində dəyişdirilib. Bəzən yalnız bir hərfi artırıb və ya azaltmaqla tarixi adları dəyişdiriblər.

Təəssüf ki, araşdırmalar zamanı “Google” xəritələrində bəzi səhvlərə rast gəlmək olar. Belə ki, tarixi Azərbaycan torpaqlarının bir sıra adları dəyişdirilib və təhrif edilib. Eyni zamanda, bəzi işğal olunmamış Azərbaycan torpaqlarının da xəritədə axtarışı zamanı adlarının ermənilər tərəfindən dəyişdirildiyi müəyyən olunub”.

Z.Qəriboğlu şirkətin bu yanlışı aradan qaldırması üçün daha çox imzaya ehtiyac olduğunu bildirdi: “Bu günə qədər 2000-dən çox insan müxtəlif ölkələrdən petisiyaya imza atıblar. Lakin şirkətin səsimizi eşidib, yalnışı aradan qaldırması üçün bu, çox az göstəricidir. Milli davamızda birlik nümayiş etdirməli, “Google” şirkətinin yalnışını aradan qaldırmağa müvəffəq olmalıyıq”.
 “Google”da Azərbaycan ərazilərinin erməni adları ilə təqdim edilməsinə etiraz olaraq petisiya yaradılıb

OXŞAR XƏBƏRLƏR
Daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 39 nəfər...
Daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 39 nəfər...
Bu gecə sonuncu Qədr gecəsidir
Bu gecə sonuncu Qədr gecəsidir
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA - VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA - VİDEO
Bu fotodakı şəxslərin hamısı ölüdür - Tarixə düşən kadr
Bu fotodakı şəxslərin hamısı ölüdür - Tarixə düşən kadr
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Türkiyə və İran razılaşdı
Türkiyə və İran razılaşdı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ