Azərbaycan İdeyası

Bakıda baş həkim rüşvətə görə tutuldu

Tarix:27-02-2017, 18:20
Baxış Sayı:797

  Bakıda baş həkim rüşvətə görə tutuldu

Bakı şəhər Narkoloji Dispanserində vətəndaşlardan qeydiyyatda olub-olmamaları barədə arayış verilməsi üçün pul istənilməsi barədə Bakı şəhər sakinindən 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb.
Bu barədə AzVision.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında qeyd olunan müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib almasına şübhələr üçün əsaslar olduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Hüseyn Həsənova Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, Səhiyyə Nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı