Azərbaycan İdeyası

17 yaşlı qızın ölümü ilə bağlı cinayət işi başlanıb

Tarix:24-08-2016, 10:40
Baxış Sayı:428

17 yaşlı qızın ölümü ilə bağlı cinayət işi başlanıb
Gəncə şəhərində Aygül Orucovanın “Yeni Gəncə” tibb mərkəzində burundan estetik əməliyyat olunarkən vəfat etməsi hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Gəncə şəhər prokurorluğundan məlumat verilib.

Bildirilir ki, avqustun 23-də Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Aygül Orucovanın “Yeni Gəncə” tibb mərkəzində burundan estetik əməliyyat olunarkən vəfat etməsi barədə Gəncə şəhər prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Araşdırma zamanı toplanmış materialda A.Orucovanın ehtiyatsızlıqdan öldürülməsi cinayətinin əlamətləri mövcud olduğundan fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanmışdır.

Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilmiş və digər zəruri istintaq tədbirləri aparılmışdır. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. (“Trend”)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı