Azərbaycan İdeyası

SABUNÇU POLİSİ STATİSTİKAYA İŞLƏYİR

Tarix:1-03-2017, 12:38
Baxış Sayı:935

 SABUNÇU POLİSİ STATİSTİKAYA İŞLƏYİR

Vətəndaş Həsənov Əli Mükafat oğlu 2015-ci il dekabr ayında internet vasitəsilə Rzayev Zaur Mobil oğlu ilə tanış olmuş və ikincinin internetdə satışa çıxardığı "Qazel" markalı avtomaşına baxmaqdan ötrü Məmmədli qəsəbəsinə gedərək orada Zaurla görüşmüş və avtomobilə baxdıqdan sonra avtomaşının qiymətinin 1 ay müddətinə 3300 manata razılaşdıqlarını və orada ilkin olaraq ona 300 manat pul vermiş, bir müddətdən sonra isə Zaur ondan müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə xırda-xırda ümumilikdə 1500 manat almış, sonuncu dəfə isə Q.Qarayev prospekti-22 ünvanda 1800 manat almışdır. Lakin Zaur o vaxtdan indiyədək nə avtomobili vermiş, nə də pulu qaytarmışdır.
Məhəmmədi kəndinin ərazisinin böyük hissəsi Abşeron rayonunun, az qismi isə Sabunçu rayonunun ərazisinə düşür. 23.12.2016-cı il tarixdə vətəndaş Həsənov Sabunçu RPİ-nin 15-ci PB-nə ərizə ilə müraciər edərək, Zaur barəsində şikayət etmişdir. Təhqiqat araşdırması zamanı Zaurun atası Rzayev Mobil Məhəmməd oğlu bildirib ki, Zaur bir neçə müddətdir evə gəlmir və hazırda harada olduğundan xəbərsizdir. Mobil Rzayev Əlinin pul dalıyca onun yaşadığı evə gəldiyini təsdiqləsə də, Zaurun Əliyə maşın satmasından xəbərsiz olduğunu, həmçinin, oğlunun Əlidən aldığı pulları evə gətirmədiyini söyləmişdir. Ata Rzayev bildirib ki, Zaurla əlaqə saxlayıb Əliyə borclu olduğu pulu qaytarmasını tövsiyə etdikdə, oğlu ona işinə qarışmamağı məsləhət görmüşdür.
Lakin Sabunçu RPİ-nin 15-ci PB-nin baş təhqiqatçısı polis mayoru Mahir Şahverənov icraatında olan şikayət ərizəsi üzrə materialı nəzərdən keçirərək, işi "aidiyyati" üzrə Nizami rayon polis şöbəsinə göndərilməsi barədə qərar çıxarmışdır. Polis mayoru qərarını CPM-nin 216.1 maddəsi ilə əsaslandırmışdır. Həmin maddəyə əsasən ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə (inzibati ərazi vahidi üzrə) aparılır. Qərarda göstərilmişdir ki, vətəndaş Həsənov Əli Mükafat oğlunun Rzayev Zaur Mobil oğluna 1800 manat pulu Qarayev prospekti-22 ünvanın yerləşdiyi Nizami rayonunda verdiyinə görə toplanmış material araşdırmanın davam etdirilməsi üçün Nizami RPİ-nə göndərilməlidir.
Qəribədir ki, baş təhqiqatçı nədənsə hadisənin törədildiyi yer kimi alqı-satqı obyekti olan maşına baxışın keçirildiyi, Zaur Rzayevin yaşadığı və ilkin məbləği aldığı Sabunçu rayonunu tanımamışdır. Buradan belə qənaətə gəlmək olur ki, təhqiqatçı materialı Sabunçu RPİ-dən uzaqlaşdırmaqda maraqlı olmuşdur. Ümumiyyətlə, hüquq-mühafizə orqanlarının, o cümlədən polisin hesabat ilinin sonunda açılmamış cinayətlərin üzərinə yöndəmsiz əlavələrin edilməsini əngəlləmək meylləri vardır. Ə. Həsənovunsa şikayət ərizəsi məhz ilin sonuna bir həftə qalmış verilmişdir. Yəni, toplanmış material üzrə cinayət işi açılsaydı, ilin sonuna kimi açıq qalacaq və mənfi statistikaya əlavə olunacaqdı.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq