Azərbaycan İdeyası

Axtar Badamdarda böyük söküntü başladı

Tarix:30-03-2017, 13:26
Baxış Sayı:630

  Axtar  Badamdarda böyük söküntü başladı  Axtar  Badamdarda böyük söküntü başladı
Səbail Rayon İcra Hakimiyyəti Badamdar qəsəbəsinin mərkəzi küçəsi olan Badamdar şosesinin müasir layihə əsasında yenidənqurulmasına başlayıb.
İcra hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, ilk növbədə bu küçə ərafında yerləşən obyekt və tikililərin inventarizasiyası aparılıb, təcrübəli memarlar tərəfindən müasir layihələr işlənilib və vətəndaşlarla görüş keçirilib.
Məlumata görə, hazırda layihələrin tikili və obyekt sahibləri ilə razılaşdırılması prossesi gedir: “Badamdar yolunun ətrafında yerləşən obyekt və tikililərin inventarizasiyası zamanı aşkar olunub ki, buradakı obyektlərin əksəriyyəti qeyri-qanuni fəaliyyət göstərir, onlar vaxtı ilə yaşayış yeri kimi rəsmiləşdirilib, bir çoxunda əlavə torpaq sahələri zəbt olunmaqla əlavə tikinti işləri aparılıb və mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılmayıb. Bəzi yerlərdə tikililər yüksəkgərginli elektrik xətlərinin birbaşa altında və mühafizə zolağında tikilib, həmçinin şosse boyunca bir çox yerlərdə piyada səkiləri də zəbt olunub”.
Bununla əlaqədar Səbail Rayon İcra Hakimiyyəti vətəndaşlara öz tikili və obyektlərinin qanunauyğun şəkildə sənədləşdirilməsi təklif olunub və onlara qanun çərçivəsində hər cür yardım göstərilir. Eyni zamanda, Badamdar şosesinin kənarlarında zəbt olunaraq tikilən və qanunsuz artırılan, yolun yenidənqurmasına mane olan, səkilərə çıxan tikililərin söküntüsü aparılır.
Badamdar qəsəbə nümayəndəliyindən bildirilib ki, aparılan söküntü işləri ilə bağlı hələ ki, şikayət daxil olmayıb. Hər bir söküntü işi, hər bir tikili ilə bağlı real vəziyyət aydınlaşdırılır və onlar barədə məlumat KİV-lərə təqdim olunucaq. Aparılan yenidənqurma prosesi uzunmuddətli olmasına baxmayaraq o, tam şəkildə başa çatdıqdan sonra Badamdar şosesi Bakının ən gözəl prospektinə çevriləcək.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı