Azərbaycan İdeyası

Bakıda uşaq bağçası adıyla obyekt tikildi - Sakinlər aldadıldı

Tarix:10-11-2015, 17:30
Baxış Sayı:481

Bakıda yaşayış binalarının arasında obyekt tikmək istəyənlər sakinlərin qəzəbini sakitləşdirməyin yeni üsulunu tapıblar.
"Korrupsiya və Qanun” qəzeti Gün.Az-a istinadən xəbər verir ki, sxem təxminən belədir: İki yaşayış binasının arasında balaca bir boş ərazi görən “biznesmen” burada obyekt tikmək qərarına gəlir.
Bir anın içində inşaatçılar həmin ərazidə peyda olub, hazırlıq işlərinə başlayırlar. İş başlayarkən əhalini məlumatlandıracaq heç bir lövhə olmur.
Sakinlər binalarının qarşısında naməlum bir obyektin tikintisinə hazırlığı görüb etiraza başlayan kimi məlumat lövhəsi peyda olur və oradan aydın olur ki, sən demə ərazidə sakinlərin rahatlığını nəzərə alaraq, onlara yaxşılıq etmək üçün uşaq bağçası tikilir. Tikinti işləri başa çatana yaxın bu məlumat lövhəsi təbii ki, yoxa çıxır, çünki yalnız kor adam tikilinin uşaq bağçasına aid olmadığını başa düşməz.
Sonradan isə həmin tikili ilkin olaraq nəzərdə tutulan profilə uyğun istifadəyə verilir.
Məhz belə bir sxemlə “Miraj” kooperasiyası işləyib. Adını çəkdiyimiz bu koorporasiya 2014-cü ilin avqust ayında Bakının Xətai rayonu General Şıxlinski 1B ünvanında binanın qarşısında balaca bir ərazidə bir neçə mərtəbəli binanın inşasına başlayıb.
Sakinlər etiraz səslərini ucaldan kimi, ərazidə guya uşaq bağçasının tikildiyi barədə məlumat lövhəsi də vurublar.
Lövhəyə əsasən, burada 350 yerlik bağça inşa olunur Bu şirkət bir az da irəli gedərək, işin PR tərəfini də qurub və mediaya məlumat da ötürüblər.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı