Azərbaycan İdeyası

Peterburq terrorunda ölən azərbaycanlı qız bu gün Bakıda dəfn olunacaq

Tarix:6-04-2017, 10:10
Baxış Sayı:839

Peterburq terrorunda ölən azərbaycanlı qız bu gün Bakıda dəfn olunacaq
Mərhum valideynləri onu vətənində torpağa tapşırmaq istəyib
Sankt-Peterburq metropolitenində törədilən partlayış nəticəsində ölən 20 yaşlı azərbaycanlı Dilbər Əliyevanın meyiti Bakıya gətirilib. İstiPress-in məlumatına görə, əslən Borçalıdan olan D.Əliyeva bu gün Bakıda dəfn olunacaq.
D.Əliyevanın valideynlərinin Sankt-Peterburqda yaşamasına, onun Rusiya vətəndaş olmasına baxmayaraq, mərhum valideynləri onu vətənində torpağa tapşırmaq istəyib.
Peterburq terrorunda ölən azərbaycanlı qızdan YENİ MƏLUMAT
Qeyd edək ki, Sankt-Peterburq metrosunda aprelin 3-də törədilmiş terror aktı nəticəsində həlak olan D.Əliyeva imperator I Aleksandr adına Sankt-Peterburq Dövlət Nəqliyyat Universitetinin üçüncü kurs tələbəsi olub. D.Əliyevanın ailəsi əslən Gürcüstanın Faxralı kəndindəndir.
Ailənin həm Sankt-Peterburqda, həm də Bakıda evləri olub. Ailə Rusiyadakı evlərini satıb Bakıya köçməyi planlaşdırırmış. Bunu hələ reallaşdırmamalarının səbəbi isə Dilbərin tələbə olması imiş. Üçüncü kursda təhsil alan Dilbər Universiteti bitirdikdən sonra ailə Bakıya köçəcəkmiş.
Metroda - iki stansiyasının keçidində kamikadzenin özünü partlatması nəticəsində 14 nəfər ölüb. 50-dən artıq insan isə yaralanıb. Yaralananlar arasında da azərbaycanlı var.


İstipress

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı