Azərbaycan İdeyası

“Reket” baş redaktor döyüldü

Tarix:10-04-2017, 15:00
Baxış Sayı:810

“Reket” baş redaktor döyüldü

"Regionun səsi" qəzetinin baş redaktoru Ağasəf Həsənov ölümcül döyülüb. Hadisə bu gün Cəlilabad rayonundakı yeməkxanalardan birində baş verib. Başında ağır xəsarət alan A.Həsənov qan içərisində xəstəxanaya yerləşdirilib.
A.Həsənov iddia edir ki, onu rayon polis şöbəsinin istintaq bölməsinin rəisi Eldar Məmmədov döyüb. Lakin polis onun iddasını təsdiq etməyib.
Korrupsiya və Qanun saytı xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin rəis müavini Eldar Səfərov criminal.az saytına açıqlamasında bildirib ki, A.Həsənovu Rizvan Məmmədov adlı şəxs yaralayıb. O, kafedə butulkanı A.Həsənovun başına vurub. Şöbə rəisinin sözlərinə görə, E.Məmmədov hadisə vaxtı orada olmayıb.
Hadisədən əvvəl R.Məmmədov, A.Həsənov və E.Məmmədov hadisə baş verən kafedə görüşüblər. Sonradan isə E.Məmmədov kafeni tərk edib. Bundan sonra A.Həsənov bölmə rəisinin ünvanına xoşagəlməz sözlər işlədib. Bu zaman R.Məmmədov butulkanı götürərək A.Həsənovun başına zərbə endirib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Məlumat üçün bildirək ki, ''Regionun səsi'' qəzeti Mətbuat Şurasının ''reket nəşrlər'' üçün tərtib etdiyi ''qara siyahı''ya salınıb.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı