Azərbaycan İdeyası

Bakıdakı kafedə qohumlar tualet üstündə qan tökdü - TƏFƏRRÜAT

Tarix:13-07-2016, 11:05
Baxış Sayı:1 115

Bakıdakı kafedə qohumlar tualet üstündə qan tökdü - TƏFƏRRÜAT
Bakının Sabunçu rayonunda tualet mübahisəsi qanlı sonluqla bitib. Hadisənin ''qəhrəmanları'' isə yaxın qohumlar olub.

Criminal.az saytı xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində yerləşən kafedə baş verib. İyinin 12-nə keçən gecə kafenin müştərisi olan 22 nyaşlı Elvin Bəxtiyar oğlu Abbasov ölümcül vəziyyətdə bıçaqlanıb.

Hadisə kafenin ayaqyolusu üstündə düşən mübahsədən yaranıb. Ayaqyoluna gedən E.Abbasov qapının bağlı olduğunu görüb. O, ayaqyolunun qapısını bir neçə dəfə döyüb. Bu zaman orda olan qohumu söyüş söyüb. Bunun üstündə mübahisə düşüb. Kafedən bayıra çıxan zaman həmin şəxs E.Abbasova ağır xəsarətlər yetirib.

Hadisə şahidlərinin bildirdiyinə görə, cinayəti törədən şəxs polis əməkdaşları gələn zaman yerdə qan içərisində təcili yardım gözləyən qohumunun yanında olub. O, polislərə də hadisənin kim tərəfindən törədilməsindən xəbərsiz olduğunu deyib. E.Abbasov xəstəxanaya yola salınandan sonra o da qaçaraq gizlənib.

Hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsindən Criminal.az-a bildirildi ki, hələlik saxlanılan yoxdur. Əməliyyat-istintaq tədbirlkəri aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı