Azərbaycan İdeyası

Ömürlük həbsdə olan “OMON”-çu aclıq aksiyasına başlayır

Tarix:24-05-2017, 15:38
Baxış Sayı:674

  Ömürlük həbsdə olan “OMON”-çu aclıq aksiyasına başlayır

Xüsusi Təyinatlı Polis Dəstəsinin (“OMON”) Qazax bölgəsi üzrə sabiq komandiri, Qarabağ müharibəsi əlili, 21 ildir Qobustan həbsxanasında ömürlük məhbus həyatı yaşayan Elçin Əmiraslanov Qarabağ Azadlıq Təşkilatının sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağıya məktub göndərərək, mayın 30-da aclıq aksiyasına başlayacağını bildirib.
O, eyni müraciətlə həmçinin ombudsman Elmira Süleymanovaya da məlumat verib.
Elçin Əmiraslanov Qarabağ müharibəsində aldığı yaraların onu çox incitdiyini, sudurğa, epilepsiya, ürəktutmaları, kəllə-beyin ağrılarından əziyyət çəkdiyini, dəfələrlə müraciət etməsinə baxmayaraq, müalicə müəssisəsinə göndərilmədiyini , ona heç bir tibbi yardımın göstərilmədiyini bildirib. O, həmçinin bildirir ki, 21 ildən çoxdur həbsdədir, dəfələrlə məhkəmələrə, o cümlədən Ali Məhkəməyə müraciət edib, lakin onun cəzasının dəyişdirilməsi ilə bağlı məsələyə baxmaq istəməyiblər, indi Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək məcburiyyətində qalıb. Elçin Əmiraslanov dövlətə xidmət etməyə, Qarabağ döyüşlərində yenidən iştirak etməyə hazır olduğunu bildirir, lakin bu haqsızlıqlara dözməyərək, son vasitə kimi aclıq aksiyasına başlamaq istədiyini qeyd edir.(musavat.com)

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?