Azərbaycan İdeyası

“Lotu Yusif”e 17 il hebs: Hami menden qorxsun

Tarix:24-05-2017, 22:34
Baxış Sayı:386

  “Lotu Yusif”e 17 il hebs: Hami menden qorxsun

Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu öldürməkdə və maşın qaçırmaqda təqsirləndirilən Yusif Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Musavat.com xəbər verir ki, hakim Samir Əliyevin icraatında olan prosesdə hökm oxunub. Məhkəmədə hakim bildirib ki, maşın qaçırma epizodu üzrə zərərçəkən Şövkət İbrahimov prosesə gəlməyib.
Sonra iş üzrə şahid olanlar Valeh Çıraqmuğanlı, Pənah Rüstəmov və Elçin Babayev ifadə veriblər. Şahid Pənah Rüstəmov ifadəsində deyib ki, hadisə günü küçədə evinin yanında dayandığı zaman Yusif Babayev onun yanına gəlib və çay içməyi təklif edib: "Əlində bıçaq var idi, amma bıçaqda qan yox idi. Çay içəndə dedi ki, Ramizi vurmuşam". Şahid əlavə heç nə bilmədiyini söyləyib.
Zərərçəkən Şövkət İbrahimov istintaqa ifadəsi məhkəmədə elan olunub. O, taksi fəaliyyəti ilə məşğul olduğunu istintaqda deyib: "Xaçmazdan Qubaya müştəri aparırdım, Qubada maşını saxlayıb marketə girdim. Dükanda olanda sərnişinlərdən biri qışqırdı ki, maşını apardılar. Sonradan bildim ki, Yusif Babayev maşını qaçırıb".
Prosesin davamında məhkəmə istintaqı tamamlanıb. Dövlət ittihamçısı çıxış edərək Y.Babayevin 19 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasının 4 ilini həbsxana rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.
"Maşını oğurlamamışam. Sadəcə sürüb getmişəm, maşından heç nə götürməmişəm. Ramizi də qəsdən öldürmədim. İçmişdim, özümü idarə edə bilmirdim. Mənim üstümə bıçaq çəkmişdi, onu qorxutmaq istəyirdim. Dayım nəvəsi idi" – deyən təqdirləndirilən şəxs əməlindən peşman olduğunu deyib.
Təqdirləndirilən Y.Babayevin vəkili müdafiə etdiyi şəxsin psixoloji problemlərinin olduğunu və buna görə psixi müalicə aldığını deyib. Məhkəmə müşavirədən sonra hökmü elan edib. Kollegiyanın hökmü ilə Yusif Babayev 17 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 2 ilini həbsxana rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Məhkəmədə o da məlum olub ki, kənd sakinləri məhkəmədə şahid qismində ifadə verərkən Y.Babayevin kənddə çay qırağında bıçaqla divarlara "Lotu Yusif", "Hamı məndən qorxsun" yazıb.
Qeyd edək ki, hadisə 2016-cı ilin noyabr ayında Quba rayonunun Barlı kəndində baş verib. Kənd sakini, 37 yaşlı Ramiz Məmmədov qohumu, 1961-ci il təvəllüdlü Yusif Babayev tərəfindən bıçaqlanıb. O, dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılsa da əməliyyat otağında dünyasını dəyişib. Mərhumun 3 uşağı olub.

OXŞAR XƏBƏRLƏR
Prezidentdən həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM
Prezidentdən həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM
Polis şəhid məzarlarından oğurluq edənləri SAXLADI - VİDEO + FOTOLAR
Polis şəhid məzarlarından oğurluq edənləri SAXLADI - VİDEO + FOTOLAR
Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı
Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”… – Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”… – Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?
Abdullayev Elşad İsam oğluna məxsus olan obyektlərin - - Siyahısı...
Abdullayev Elşad İsam oğluna məxsus olan obyektlərin - - Siyahısı...
Elşad Abdullayev HAKİM QARŞISINDA
Elşad Abdullayev HAKİM QARŞISINDA
Qəzza üçün yeni Sülh Şurası: Azərbaycan və türk ölkələrinin iştirakı gündəmdə
Qəzza üçün yeni Sülh Şurası: Azərbaycan və türk ölkələrinin iştirakı gündəmdə
Noyabrın 20-si Ağdam Şəhəri Günüdür
Noyabrın 20-si Ağdam Şəhəri Günüdür