Azərbaycan İdeyası

Söyüşə görə gül satanı bıçaqlayan şəxsə hökm oxundu

Tarix:11-11-2015, 14:58
Baxış Sayı:416

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirli bilinən Rauf Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Korrupsiya və Qanun" qəzetinin məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror məhkəmədən Rauf Abbasovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Təqsirləndirilən şəxsin vəkili çıxışında Rauf Abbasovun birinci dəfə cinayət törətdiyini, zərərçəkən tərəflə barışıq əldə edildiyini bildirib. Vəkil çıxışında müdafiə etdiyi şəxsin şərti azadlığa buraxılmasını istəyib.
Hakimlər müşavirəyə gedib. Müşavirədən qayıdan kollegiya hökm oxuyub. Hökmə əsasən, Rauf Abbasov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il aprelin 25-də Yasamal rayonu "Sovetski" adlanan küçədə baş verib. Gül satışı ilə məşğul olan Əjdər Ağadadaşov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb və həyatı xilas edilib.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rauf Abbasov saxlanılıb. O, törətdiyi cinayəti etiraf edib. Rauf Abbasov ilkin ifadəsində hadisəni söyüş üstündə tödətdiyini bildirib.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI