Azərbaycan İdeyası

"GREENLİFE" ŞİRKƏTİ İŞAXTARANLARI ALDADIB CİBLƏRİNƏ GİRİR

Tarix:26-05-2017, 13:34
Baxış Sayı:331


"Greenlife" 2005-ci ildə 100 m2-lik kiçik bir sahədə işə başlamışdır. İllər ötdükcə mən və şirkətin kollektivi məqsədlərimiz və prinsiplərimiz sayəsində daha da böyüdük və genişləndik. Bu gün şirkət 2000 m2 qapalı “showroom”, 1,5 hektar açıq alanda bitki satış və landşaft layihə dizayn studiyasına, 1,5 hektar qapalı istixana, 50 hektar açıq alanda bitki yetişdirmə sahələrinə malikdir. Şirkətimiz, həmçinin, İtaliyada da fəaliyyət göstərir. İtaliyada 70 hektar bitki yetişdirmə və satış mərkəzimiz var. Artıq bu il "Greenlife" fəaliyyətinin onillik ildönümüdür. İnanıram ki, mən və bütün kollektivim gələcəkdə daha da böyük yeniliklərə nail olacağıq. Məqsədimiz həmişə yeniliklərlə, yüksək servislə, keyfiyyətli işimizlə öndə olmaq və müştərilərimizə yüksək xidmət və qayğı göstərməkdir.
"Greenlife" – Həyatınızı bizimlə qurun!"
Gurultulu, cəlbedici sözlərdir, deyilmi? Gəlin görək, bu sayaq cəlbedici təkliflərlə, optimist layihələrlə çıxış edən şirkət öz sıralarını necə böyüdür, necə genişlənir.
Bakı şəhəri Yasamal rayonu, II Alatava qəsəbəsi, ev 2 "E" ünvanda yaşayan Bədəlova Məleykə Eyvaz qızı qəzetimizə ərizə ilə müraciət edərək bildirib ki, martşn əvvəllərində tanış olduğu elan üzrə iş tapmaq məqsədilə "Greenlife" şirkətinin paytaxtın 20 Yanvar dairəsi yaxınlığında yerləşən məlumat mərkəzinə gedib. Mərkəzdə ondan şəxsiyyət vəsiqəsinin surətini, fotoşəkil, 100 manat pul alıblar və aylıq 350 manat maaşı olan işə qəbul ediləcəyini söz veriblər. Pulu əlavə məlumat veriləcəyini deyib.
M. Bədəlova yazır: "Mən ertəsi gün ofisə gələndə qalmaqalın şahidi oldum. Başa düşdüm ki, məndən öncə müraciət edib aldananlar verdikləri pulları geri tələb edirlər. Cəlalə xanıma yaxınlaşıb kursa gəldiyimi bildirdim. Cavab verdi ki, gecikmisiz. Mən, qızım, Nadya adlı tanışım və tanımadığım digər kursa gələn şəxslər təəccübləndik: "Gecikdiyimiz cəmi 5 dəqiqə olar, ya olmaz, necə yəni kurs qurtarıb".
Pulumu geri qaytarmasını tələb etdim, dedi ki, artıq pul banka keçirilib, qaytarmaq olmaz. Əlacsız qalıb geri qayıtdım. Ofisi tərk edərkən, guya kursdan çıxan bir neçə nəfərlə rastlaşdım. Kursun necə keçdiyini sual etdim. Onlar gülə - gülə cavab verdilər: "Bizdən əvvəllər harada, hansı ixtisas üzrə işlədiyimizi soruşdular. Hərəmiz öz peşəmizi, sənətimizi dedik. Dediklərimizi lövhəyə yazdılar. Bununla da kurs bitdi. Belə də kurs olar?" Sonra da gülə-gülə yollarına davam etdilər.
Bədəlova başına gələn bu hadisənin ictimailəşdirilməsini, aidiyyati orqanların diqqətinə çatdırılmasını redaksiyadan xahiş etmişdir.
Şikayətin araşdırılması məqsədilə sözügedən ofisə yollandıq. İş axrtardığımızı edik. Bizə "İşə qəbul üçün müraciət blankı" təqdim etdilər. Əmin olduq ki, doğrudan da burada işə adam qəbul etməsələr də, müraciət qəbul edirlər. Blank isə iki hissədən ibarət idi. Birinci hissədə qeafalarda müraciət edən şəxsin anket məlumatları soruşulurdu. Başqa bu kimi suallar da yer almışdı: "İşdə ən çox nəyi qiymətləndirirsiniz?; Özünüzü öyrənmək bacarığı olan insan hesab edirsiniz?; S iz daha çox rəhbərlik etməyə və ya tabeçilikdə işləməyə meyllisiniz?; ağlam həyat tərzi keçirməyə çalışırsınız?"
Həmin suallar qarşısında mümkün cavablar da yazılmışdır ki, blankı dolduran şəxs özü hansını istəsə işarələsin. Blankın şirkət tərəfindən doldurulmalı olan ikinci hissəsindən və müsahibədən çıxarılan yekun nəticədən isə müraciət edənin xəbəri olmur.
Paytaxtda fəaliyyət göstərən, vətəndaşları "işə düzəltmək" adı ilə tovlayaraq pul yığan obyektlər çoxdur. Onların "yağlı" elanlarına hər yerdə - evlərin, ofislərin, dövlət idarə və müəssisələrinin divar və liftlərində, şəhərin küçələrində, ictimai nəqliyyatda rast gəlmək mümkündür. Yüksək əmək haqqı vəd edən bu tipi elanlara təcrübəsi olmayanlar tez aldanırlar və sonda şikara çevrilirlər. Belə ki, bəzi şirkətlər cəlbedici iş elanlarının arxasında sadəcə fırıldaq mexanizmi quraraq namizədlərə anket doldurmaq təklif edirlər. Təbii, müəyyən pul müqabilində. Onlar hətta rəsmi qeydiyyatdan keçən şirkət olsalar belə, insanların sadəlövhlüyündən yararlanmaq kimi çirkin niyyətlər güdürlər. Bu səbəbdən də ekspertlər işə düzəlmək istəyən şəxslərə tərcümeyi-hallarını şəxsi elektron poçt vasitəsilə göndərməyi, ilk növbədə şirkətin lisenziyası, fəaliyyət istiqamətlərini əks etdirən məlumatlarla tanış olmağı məsləhət görürlər.
Hesab edirik ki, "Greenlife" şirkətinin fəaliyyəti nəzarətə götürülməlidir. Dələduzluq, aldatma yolu ilə vətəndaşları hansısa işə, ali məktəbə düzəltmək adı ilə soyurlar. İnsanlar bir-birlərini harda, necə gəldi aldadırlar, bəzən isə cəzasız qalırlar. Əgər, hər bir dələduzluq əməlinə görə cinayət işi açılsa, minlərlə insan həbsxanaya düşəcək. Bu isə dövlətin, cəmiyyətin beynəlxalq imicinə zərərdir. Xarici vətəndaşlarda belə təəssürat yarana bilər ki, bu ölkədə yaşamaq, biznes fəaliyyətoi ilə məşğul olmaq təhlükəlidir.

OXŞAR XƏBƏRLƏR
Bu gün cənab prezident İlham Əliyevin doğum günüdür!+FOTO!
Bu gün cənab prezident İlham Əliyevin doğum günüdür!+FOTO!
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası