Azərbaycan İdeyası

"MƏKRİ - ZƏNƏN" QURBANI

Tarix:26-05-2017, 13:34
Baxış Sayı:733


Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi - 21 ünvanda yaşayan Cəbrayıl rayonundan olan məcburi köçkün Kazımova Arzu Əli qızı redaksiyamıza müraciət edərək, həyat yoldaşı Salahov Vüsal Sədulla oğlunun 31 iyul 2016-cı il tarixdə Məhərrəmova Aygün İsmayıl qızı tərəfindən şərləndiyini bildirmişdir.
"Aygün onu 2007-ci ildən tanımış, 2016-cı il iyulun 29-da yenidən rastlaşanda bir-birinə mehriban münasibət sərgiləmişlər. Aygün Vüsalın onu dəvət etdiyi Bakı şəhəri, Nizami rayonu, R. Rüstəmov küçəsi - 70 ünvandakı mənzilə öz istəyi ilə getmiş, hər ikisinin razılığı ilə anal yolla cinsi əlaqədə olmuşlar. Bundan əlavə, Aygünün Vüsalla əlaqələrini bərpa etməsini sübuta yetirən telefon mesajları, vatsapp yazışmaları vardır.
Lakin Aygün polisə etdiyi şikayətində Vüsalın onu hələ 2007-ci ildən təhdid etməsi, 2016-cı ilin 31 iyulunda guya ona kirayə vermək istədiyi evi göstərmək adı ilə aldadaraq həmin ünvana apardığını və ondan 9 ilin qisasını almaq məqsədilə orada seksual xarakterli hərəkət edərək zorladığını, bakirəliyini pozduğunu bildirmişdir.
Təəccüblüdür ki, nə Nizami rayon polisi, nə rayon prokurorluğu, nə də Ağır Cinayətlər Məhkəməsi bunca məntiqə malik olmamışdır ki, Aygündən soruşsunlar: "9 ildir ki, səni təhdid edən kişidən qorxurdunsa, niyə onunla əlaqələri bərpa edirdin, qoşulub niyə onun dəvət etdiyi ünvana gedirdin?"
Arzu Kazımova Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2016-cı il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilmiş Vüsal Salahovun istintaq işinin və məhkəməsinin materiallarını da ərizəyə qoşma etmişdir. Həmin materiallardan görünür ki, istintaq və məhkəmə Vüsal Salahovu mötəbər sübutlarla deyil, mülahizələrlə ittiham etmişdir. Buna misal olaraq, bir neçə cümlənin altını cızmaq istəyirik. Məsələn, "İş üzrə təyin olunmuş... ekspertizanın... rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Məhərrəmova Aygün İsmayıl qızına məxsus köynəyin arxa hissəsində 1 ədəd məhdud cırılmış zədə aşkar edilmişdir. Bu zədə köynəyin müvafiq nahiyəsinə küt qüvvə təsiri ilə gəriulib dartılma nəticəsində ƏMƏLƏ GƏLƏ BİLƏRDİ". Başqa bir misal, "Ekspertizaya əqdim edilmiş 2 ədəd materialkəsiyi üzərində olan qan ləkələri uşaqlıq yolundan axan qan hesabına yaranmışdır və bakirəliin pozulması zamanı ƏMƏLƏ GƏLMƏSİ İNKAR OLUNMUR". Üçüncü bir misal, Məhərrəmova Aygün İsmayıl qızında arxa keçəcək nahiyəsində düz bağırsağın selikli qişasında müəyyən edilən çat qeyri-təbii yolla cinsi əlaqə zamanı gərginləşmiş kişi tənasül üzvünün təsirindən ƏMƏLƏ GƏLƏ BİLƏR.."
Biri digərini təkrarlayan, hətta hərf səhvlərinin də eyni olduğu ittihamnamədən və məhkəmə hökmündən belə misalları çox göstərmək olar. Cinayət təqibi orqanının və məhkəmənin gəldiyi nəticəni o vaxt ədalətli hesab etmək olardı ki, sübutlar mötəbər olsun. Yəni, ittiham aktının və məhkəmə qərarının mətnində "ƏMƏLƏ GƏLƏ BİLƏRDİ... ƏMƏLƏ GƏLMƏSİ İNKAR OLUNMUR" deyil, birmənalı şəkildə "ƏMƏLƏ GƏLMİŞDİR" yazmağa əsas olsun.
Əgər polis, prokurorluq və məhkəmə yalnız mülahizələrə əsaslanıb qərar verə bilirsə, KİV-in də mülahizə yürütməyə haqqı vardır. Bizim mülahizəmiz belədir: Əgər A. Məhərrəmovanın məqsədi V. Salahovu yalnız zorlamada ittiham etdirmək olsaydı, qeyri-təbii yolla zorlanma faktını sübuta yetirməsi də ikincinin həbsi üçün yetərli sayılardı. Görünür, Aygünə həm də öz üzərindən "bakirə qız" adının götürülməsi çox vacib imiş!

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Azərbaycanda hakim intihar etdi
Azərbaycanda hakim intihar etdi
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb