Azərbaycan İdeyası

“KÜTLƏVİ ÇIXARIŞ KAMPANİYASI MÜBAHİSƏLƏRİN HƏLLİNƏ NECƏ TƏSIR GÖSTƏRƏCƏK?

Tarix:13-11-2015, 15:53
Baxış Sayı:439

Görəsən başqasına məxsus torpaq sahəsini zəbt edib üstündə fərdi ev tikənlərə də ucdantutma “kupça” veriləcək?
Məlum olduğu kimi, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) regionlarda və paytaxtda keçirdiyi “Kütləvi çıxarış” kampaniyasından artıq xeyli sayda vətəndaş faydalanıb. Kampaniya çərçivəsində vətəndaşlara həyətyanı torpaq sahələri, mənzillər, fərdi həyət evi və digər mülkiyyət barədə müxtəlif vaxtlarda verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər sənədlər kütləvi qaydada çıxarışlarla əvəz olunur. Eyni zamanda, daşınmaz əmlak və torpaq sahələri ilə bağlı əvvəlki illərdə verilən aktlar və digər ilkin sənədlər qəbul edilir. Kütləvi çıxarış kampaniyası hazırda Bakının bütün rayonları üzrə davam etdirilir. Maraqlıdır, görəsən başqasına məxsus torpaq sahəsini zəbt edib üstündə fərdi ev tikənlərə də ucdantutma “kupça” veriləcək? Kampaniya bu müstəvidə olan mübahisələrin həllinə necə təsir göstərəcək?
“Korrupsiya və Qanun” ictimai-siyasi və hüquq qəzeti redaksiyasına
Bakı şəhəri Mərdəkan qəsəbəsi Əzizbəyov küçəsi dalan 1, ev 2-də yaşayan Cəlilova Namizə Fikrət qızı tərəfindən ərizə daxil olmuşdur.
Müəllif öncədən bildirir ki, bizim qəzetin daimi oxucularındandır: “Respublika Prezidentinin qərar və göstərişlərini rəhbər tutaraq xalqa göstərdiyiniz təmannasız xidmət bir çoxları kimi mənim də diqqətimi cəlb etmişdir. Mən də məni çoxdan narahat edən bir problemin ictimailəşdirilib tədbir görülməsi barədə Sizə müraciət etmək qərarına gəldim. Məlumat üçün bildirirəm ki, 27.07.1992-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin başçısının 615/25 saylı sərəncamı ilə mənə Mərdəkan qəsəbəsində ş/617 №-li sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır. Mənim tərəfimdən həmin sahəyə 2,5 m hündürlükdə daş hasar çəkilmiş, bəzi inşaat materialları gətirilmiş, kiçik bir hovuz tikilmiş və tikiləcək yaşayış binasının fundamenti qazılmışdı. 2013-cü ildə səhhətimdə problemləri və maddi vəziyyətimin çətinliyini nəzərə alaraq həmin torpaq sahəsini satmaq qərarına gəldim. 2013-cü ildə həmin torpaq sahəsi 30.000 (otuz min) manat məbləğində qiymətləndirildi. Alıcının tapılmasını və sənədləşmə işlərinin aparılmasını makler (oxu: rieltor, ev alqı-satqısı üzrə mütəxəssis-red.) kimi fəaliyyət göstərən 21 fevral 1968-ci il təvəllüdlü, Əli Bayramlı şəhər sakini, Hövsan qəsəbəsi Elman Qasımov küçəsi ev 18-A, mənzil 52-də kirayədə yaşayan Zeynalov İslam Savad oğlu öz üzərinə götürdü. Zeynalov İslam mənə bildirdi ki, bu işləri yerinə yetirmək üçün mənim tərəfimdən ona etibarnamə verilməlidir. Biz onunla Hövsan qəsəbəsindəki notariat kontoruna getdik və mənə etibarnamə verilməsi haqqında sənədə qol çəkdirildi və həmin sənədi oxumağa mənə imkan vermədilər ki, tez ol, rəis çıxır, tez imzalatdıraq. Həmin sənədin məhz etibarnamə olduğuna məndə heç bir şübhə yaranmadı – ona görə ki:
I. Əzizbəyov rayonunda yerləşən sahənin alqı-satqısı üçün həmin rayonun ərazisində kifayət qədər notariat kontoru var.
II. Alqı-satqıda hər iki tərəf iştirak etməli idi, tək mən yox.
III. Alqı-satqı haqqında müqavilənin bir nüsxəsi mənə verilməli idi – mənə isə heç bir sənəd verilmədi.
IV. Maliyyə məsələsi bank tərəfindən aparılmalı idi – bu da olmadı.
Bundan sonra bir ildən çox gözlədim. Hər dəfə Zeynalov İslam hələ sənədlərin hazır olmadığını deyirdi. Bir gün mən həmin sözü gedən sahəyə getdim, həmin ərazidə 2 mərtəbəli evin tikildiyini gördüm. Evin sahibinə bildirdim ki, bu torpaq mənimdir və mənə bu torpağın pulu verilməyib. Evin sahibi dedi ki, mən bu torpağı Zeynalov İslamdan almışam və ona 20.000 (iyirmi min) manat pul vermişəm. Mən sənədlərə baxdım və həmin sənədlərin Quliyev Tofiq Müzəffər oğluna məxsus olduğunu gördüm. (Buzovna qəsəbəsi R.İmanov küçəsi ev 32 A mənzil 8). Artıq iki ildən çoxdur ki, Zeynalov İslamdan heç bir xəbər yoxdur, yaşadığı ünvandan köçüb, mənim bildiyim telefon nömrələrini, yoldaşının və oğlunun telefon nömrələrini dəyişib…”
Zeynalov İslamın onunla əlaqə saxladığı telefon nömrələrini redaksiyaya təqdim edən şikayətçi N. Cəlilova ümid bəsləyir ki, “Zeynalov İslamın törətdiyi bu əmələ nə ad vermək olar” sualına yəqin ki, qəzetin müdaxilənizdən sonra hüquq-mühafizə orqanları cavab verəcək.
Namizə xanım ortaya haqlı suallar qoyur: - Əgər mənim torpağım Quliyev Tofiqin adına satılıbsa, bəs mənim adıma olan sənədlə kimin torpağı satılıb?
Şikayətçinin fikrincə, əgər o etibarnamə vermiş olsaydı belə, yenə də həmin torpaq sahəsi onun öz adına sənədləşməli idi, Quliyev Tofiqin yox.
Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının № 615//\\/25 saylı Sərəncamını da ərizəsinə qoşma edən vət. Cəlilova inanır ki, hüquq-mühafizə orqanları yəqin, bu işdə iştirakı olan bir çox idarə və təşkilatların və ayrı-ayrı adamların tapılıb öz layiqli cəzalarını almasında öz köməklərini əsirgəməyəcəklər.
F. İbrahimova

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."