Azərbaycan İdeyası

Cərimənizi ödəyin, yoxsa... — REYDLƏR BAŞLADI

Tarix:26-07-2017, 10:06
Baxış Sayı:282

 Cərimənizi ödəyin, yoxsa... — REYDLƏR BAŞLADI

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi cərimələrin ödənilməsi ilə bağlı sürücülərə və piyadalara xəbərdarlıq edir.
Koorupsiya və Qanun saytı Moderator.az - a istinad olaraq xəbər verir xəbər verir ki, İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend-ə deyib ki, sürücülər törədilən xəta ilə bağlı təyin edilmiş cəriməni faizi ilə birgə müəyyən edilmiş müddətdə mütləq ödəməlidirlər: “Bir daha sürücülərə müraciət edirik ki, əgər cərimələri varsa, ödəsinlər. Ödənilmirsə, həmin sürücülər qanunvericiliyə uyğun olaraq saxlanılacaq və avtomobilləri cərimə meydançasına aparılacaq. Eyni zamanda, sürücünün altı ay müddətində sürücülük hüququndan məhrum edilməsi ilə bağlı yol polisi tərəfindən vəsatət qaldırılacaq. Artıq ötən gündən reydlərə başlanılıb və cəriməni ödəməyən 100-dən artıq nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılaraq cərimə meydançasına aparılıb. Yəni, qanunvericilik bizə imkan verir ki, bu addımı ataq”.
V.Əsədov həmçinin qeyd edib ki, piyadalar tərəfindən də cərimələrin ödənilməsinə nəzarət gücləndirilib və müəyyən təsirli tədbirlər həyata keçirilir: “Yazılmış protokollar üzrə ünvanlara müraciətlər edilib, ərazi üzrə sahə rəisləri bu barədə məlumatlandırılıb. Eyni zamanda, protokol yazılmış şəxslərin təhsil aldığı və yaxud işlədiyi müəssisələr qarşısında cərimələrin tutulması ilə bağlı məsələ qaldırılıb”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı