Azərbaycan İdeyası

Yol polisi sərxoş sürücülərdən yığılan milyonların taleyinə aydınlıq gətirdi

Tarix:1-09-2016, 13:40
Baxış Sayı:324

Yol polisi sərxoş sürücülərdən yığılan milyonların taleyinə aydınlıq gətirdi
«Bu pul tətbiq olunan cərimələrin məbləği deyil, ödənilən cərimələrin miqdarıdır»

İqtisadçı-ekspert Qubad İbadoğlu bəzi kütləvi insormasiya vasitələrində, habelə sosial şəbəkələrdə sürücülərdən yığılan cərimələr və sərxoş sürücülərlə bağlı cərimələrin hesabatdа əksini tapmaması barədə məlumat verib. Onun sözlərinə görə, avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı avqustda gündə 50 sürücü cərimələnib. Bu ilin ilk ayında 9100 sərxoş sürücü ilin ilk 6 ayında ən azı 3 milyon 640 min cərimə ödənilməli idi.

Amma ekspert hesab edir ki, nədənsə 6 aylıq hesabatda sərxoş sürücülərdən bəhs olunmur. Lakin DİN Baş Dövlət Yol Polisi İdarəsinin məsələ ilə bağlı yaydığı açıqlamada ekspertin fikirləri təkzib olunur.

Belə ki, İdarədən Avtosfer.az-a verilən məlumata görə, 6 ay ərzində aşkar edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında, o cümlədən sərxoş sürcülər barədə məlumat hələ iyul ayının 20-də Baş DYP İdarəsinin dyp.gov.az rəsmi saytında yerləşdirilib və istənilən şəxs saytın “Xəbərlər arxivi”nə daxil olmaqla həmin məlumatları əldə edə bilər.

O ki qaldı statistik məlumatlarda göstərilən 40,2 milyon manat vəsaitə, Baş DYP İdarəsi bir daha bildirir ki, bu pul tətbiq olunan cərimələrin məbləği deyil, ödənilən cərimələrin miqdarıdır və bu məbləğə ödənişi bu il təmin olunmuş, lakin əvvəlki illərdən qalmış cərimələr də daxildir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı