Azərbaycan İdeyası

KİRAYƏDƏ "YAŞAYAN" ÇEMPİON

Tarix:23-08-2017, 15:12
Baxış Sayı:908




Son vaxtlar ölkəmizdə ciddi hiss edilməyə başlayan maliyyə böhranı bu vaxta qədər kifayət qədər prestijli və maddi təminat baxımından sabit sahə sayılan idmana da sirayət etməyə başlayıb. Xatırlayırsınızsa, keçən ay respublikamızın bir neçə adlı-sanlı, beynəlxalq arenalarda, mötəbər turnirlərdə uğurlar qazanmış güləşçisi maaşlarının verilməməsinə görə etiraz aksiyası keçirdilər. Bu yaxında xəbər yayıldı ki, artıq onların maaşlarının ödənilməsinə başlanılıb. Azərbaycanlı yüngül atlet Ramil Qurbanov Türkiyəni təmsil edərək dünya çempionu olandan sonra məlum oldu ki, onun 2011-ci ildə ölkəmizdən getməsinin səbəbləri sırasında birincisi maddi təminat problemiymiş. Hazırda Azərbaycanda çox sayda perspektivli idmançı var ki, maddi sıxıntı içində yaşayırlar. Bakı şəhəri Türkan qəsəbəsi Üzümçülük sovxozu ərazisində yaşayan Musayev Şahin Asif oğlu redaksiyamıza müraciət edib. Boks üzrə dəfələrlə Azərbaycan və beynəlxalq miqyaslı yarışların qalibi olan boks üzrə respublika çempionatında qızıl, Avropa çempionatında bürünc medal qazanıb. Amma üçrəngli bayrağımızı yüksəkliyə qaldıran, himnimizi səsləndirən idmançımızın ciddi problemi var. Dörd nəfərlik ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. Yazır ki, dəfələrlə Xəzər Rayon İcra Hakimiyyəti başçısına məktub yazıb. Çifayda, rayon rəhbərliyindən çempionumuzun acınacaqlı həyat tərzi ilə maraqlanan olmayıb. Ən nəhayət, ölkə Prezidentinə müraciət edib, cavab gözləyir. Redaksiyadan isə bu probleminin ictimailəşdirilməsini və aidiyyəti qurumların diqqətinə çatdırılmasını xahiş edir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı