Azərbaycan İdeyası

ÖZGƏ ARVADIN "ŞİRİNLİYİNƏ" ALDANIB...

Tarix:23-08-2017, 15:15
Baxış Sayı:597


Xalqımızın mentalitetində ailə mühüm dəyərlərdən biri kimi qəbul olunub. Ailə qurmaq vacib şərtlərdən, ailəcanlılıq isə yüksək insani keyfiyyətlərdən hesab edilir. Ailəsinin qədrini bilməyən, ailə üzvlərinə xəyanət edən şəxslər, ələlxüsus da ailə başçısı vəzifələrini yerinə yetirməyən kişilər həm yaxınlarının, həm də bütövlükdə cəmiyyətin qınağına tuş gəlirlər. Bu tələblər folklorumuzda, ədəbiyyatımızda, incəsənətimizdə də öz əksini tapıb.Yəqin ki, oxucular "Böyük Dayaq" filmində Qaraşın anasının ona verdiyi məsləhəti xatırlayırlar: "Özgə arvadın "şirinliyinə" aldanıb ocağımızı kor qoyma, bala!"
Lakin günümüzün reallığında ailələrin dağılmasına, boşanma hallarına tez-tez rast gəlinir. Səbəblər müxtəlif olur. Onları bir-bir sadalamaq fikrindən uzağıq. Bəzən cütlüklərin ayrılmasına digər yaxın-uzaq qohumların hərəkətləri səbəb olur. Valideynlərin, bacı-qardaşların əsassız müdaxilələri ər və arvadı bir-birindən ayırır. Bizim bu yazıda çəkəcəyimiz misalda isə əksinə, qohumlar faktiki ayrı yaşayan ər və arvadı birləşdirməyə, dağılmaqda olan ailəni faciədən qurtarmağa səy göstərirlər ki, bu da alqışa layiqdir. Həm də ayrılmağa meylli olan tərəfə ictimai qınaq yolu ilə təsir etməyə çalışırlar.
Salyan rayonunun Düzənlik kəndində qeydiyyatda olan, hal-hazırda Abşeron rayonunun Kürdəxanı qəsəbəsində yaşayan Şahverdiyev Pərviz Fazil oğlu ailəsində yaranan problemlə bağlı qəzetimizə müraciət etmişdir. Yazır ki, qardaşı Bəhruz artıq 9 aydır ki, iki azyaşlı uşağını və həyat yoldaşını atıb tanımadıqları təsadüfi bir qadına qoşularaq tüfeyli həyat tərzi keçirir. Son 9 aya qədər qardaşının öz ailəsi olan isti münasibətlərini, ailəcanlılığını, yüksək daxili keyfiyyətlərə, nümunəvi əxlaqi davranışlara malik olduğunu qeyd edən Pərviz Şahverdiyev onun bu ailə faciəsindən yaxa qurtarması üçün redaksiyadan kömək istəmişdir.
Redaksiya olaraq, Bəhruz bəyə sözümüz budur ki, tərk etdiyi ailədə ən çox mənəvi zərər çəkənlər məhz iki azyaşlı uşaq, onun övladları olacaq. Geri dönmək imkanları tükənməyibsə, qayıtsın.

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama