Azərbaycan İdeyası

Müharibə anonsu nefti bahalaşdırır

Tarix:8-09-2017, 10:34
Baxış Sayı:698


 Müharibə anonsu nefti bahalaşdırır

Dünya bazarında neftin ucuzlaşmasının və ya bahalaşmasının bir sıra iqtisadi və siyasi səbəbləri var. İqsadçılar neftin qiyməti ilə bağlı proqnozları səsləndirəndə baş verə biləcək müharibə ehtimallarını da istisna etmirlər. Nəzərə almaq lazımdır ki, əgər müharibə varsa, enerji resurslarına daha çox ehtiyac yaranır. Təlabat artdıqca isə qiymətlər bahalaşır. Neftin hal-hazırda qiymətinin aşağı olması bazarda təklifin tələbi üstələməsidir. ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı bazara nəzərdə tutulandan daha artıq neft çıxarır ki, bu da qiymətlərin kəskin bahalaşmasına imkan vermir.
Bu gün dünyada böyük müharibə ocaqları var. Yaxın Şərq münaqişəsi və bu günlərdə alovlanan Şimali Koreya gərginliyi enerji daşıyıcılarının qiymətlərinə təsirsiz ötüşmür. Maraqlıdır, ABŞ Şimali Koreyaya hərbi müdaxilə edərsə, bu neft qiymətlərinə hansı ölçüdə təsir göstərəcək?
İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində müharibələrin qiymətlərə təsir göstərmədiyini deyib. Onun sözlərinə görə, əgər bir neçə il bundan öncə belə bir münaqişə yaşansaydı, neftin qiymətində ən az 20 faiz yüksəliş müşahidə olunacaqdı:
“Amma görünən odur ki, hətta nüvə müharibəsi ehtimalının ciddi müzakirə olunmasına baxmayaraq neft qiymətlərində sıçrayışlar müşahidə olunmur. Son iki gündə isə qiymətlərin artmasının səbəbi nə qədər qəribə görünsə də, ABŞ-Şimali Koreya münaqişəsi deyil, təbiət hadisəsidir. ABŞ-da 4 gün güclü qasırğa müşahidə olundu və nəticədə 12 faiz neft hasilatı dayandırıldı, işçilər ərazidən təxliyyə olundu. Bunun nəticəsində isə ABŞ-da 12 faiz istehsalın azalması neftin qiymətinə təsir göstərdi. Bu isə artıq onu göstərir ki, qiymətlərin artması və ya azalması daha çox iqtisadi səbəblərdən asılıdır. Həm ABŞ, həm Kanadanın hasilatı artırması, OPEC anlaşmasının işə yaramaması qiymətlərin artmasını mümkünsüz edir. Yəni, OPEC ölkələri hasilatı azaltsa da, satışı bunun əksinə olaraq artırdı. OPEC ölkələri öz ehtiyatlarında olan nefti satışa çıxardı. Məsələn, Rusiya avqust ayında hasilatı 300 min barel azaltsa da, tarixində ən çox neft satdığı dövrünü yaşadı. Yəni, hasilatı azaltdılar, ehtiyatlardan satmağa başladılar. OPEC ölkələri arasında satış həcmi ilə bağlı heç bir razılaşma yox idi. Bu da ona gətirib çıxardı ki, fundamental səbəblər neftə daha çox təsir edir. Hətta müharibə başlasa belə, neftin qiyməti 3-4 günlük kəskin sıçrayışla arta bilər. Amma sonradan fundamental səbəblərə görə yenidən neft 50-55 dollar civarına qədər enəcək”.
Neftin qiymətinin gələcək dövrlərdə necə dəyişəcəyinə də toxunan Natiq Cəfərlinin sözlərinə görə, neftə təlabat azaldıqca qiymətlər ucuzlaşacaq:
“Əslində son 10 ildə qərbə də olsa, qiymətlərin yay aylarında bahalaşması müşahidə olunur. Hətta neft satışında ən yüksək qiymət, 1 barel üçün 148 dollar 2008-ci ilin iyul ayında qeydə alınıb.Bu neft tarixinin ən yüksək qiymətidir.Bu da avtomobil mövsümü ilə bağlıdır.Məzuniyyət mövsümu olduğu üçün insanlar avtomobillərlə səyahət edir, bu da daha çox benzin sərfiyyatını, dolayısı ilə neftə təlabatı artırır.
Ucuzlaşmalar isə əsasən yanvar-fevral aylarında qeydə alınıb.ABŞ xam neftinin qiyməti 2009-cu ildə 37, 2015-ci ildə 35, 2016-cı ildə isə 30 dollara qədər eniş yaşadı.Bu tendensiyalar onu göstərir ki, qış aylarında qiymətlərin enməsi müşahidə olunur.Avtomobilə, benzinə təlabat azaldığı üçün neftin qiyməti ucuzlaşır.Digər tərəfdən qazın qiyməti ucuzlaşdığı üçün istilikxanalarda neft məhsulu olan mazuta tələbatı azaltdı.
Bu da neftə olan tələbatın azalmasının əsas səbəblərindən biridir.Dünyada isə qaz bolluğu yaşanır.Bir sıra ölkələr, xüsusilə də ABŞ və Avstraliya son iki ildə yeni oyunçuya çevrilib.ABŞ hətta Avropaya qaz göndərməyə başlayıb.Bu da onu deməyə əsas verir ki, qaz bolluğu qış aylarında neftə olan tələbatı kəskin şəkildə azalda bilər”.

OXŞAR XƏBƏRLƏR
Polis əməkdaşı qeyri-qanuni sahibkarı olduğu obyekti icarəyə verdiyi şəxsin əşyalarını niyə girov saxlayıb?
Polis əməkdaşı qeyri-qanuni sahibkarı olduğu obyekti icarəyə verdiyi şəxsin əşyalarını niyə girov saxlayıb?
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ